Zühur zamanı millətçilik olacaqmı?
Həzrət Mehdi (ə.f) zühur etdikdə heç bir milli və irqi ayrıseçkiliyə yol verilməyəcək. Bu müddəanın bir sıra dəlilləri var:
1. Həzrətin dəvəti İslam hökmlərinə əsaslanır və İslam hökmlərində isə nə milli, nə də ki irqi ayrıseçkiliyə yer yoxdur. 2. Həzrət Mehdinin (ə.f) dəvəti ümumbəşəridir. Belə bir dəvətdə milli və irqi ayrıseçkiliyə yol verilə bilməz. 3. Bir çox hədislərə əsasən, Həzrət Mehdinin (ə.f) hakimiyyəti ədalətə əsaslanacaq. Ədalət isə ayrıseçkiliyə ziddidir. (ahliman.info) Oxşar xəbərlər
|