Allahın ən yaxşı zikri – təsbihdir
Mьəllif: admin1
Tarix: 13-05-2022, 10:33
Allahın ən yaxşı zikri – təsbihdir
”Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsbih deyin”. (“Əhzab” 41-42).

Allahı yada salmaq ancaq dildə olmur, hər bir fikir, əməl və hərəkət Allah razılığına səbəb olarsa, Allahın zikri sayılar.

Quran Allahın zikri üçün bərəkətlər bəyan etmiş və bu zikrlərdən birinin namaz olduğunu bildirmişdir. “Namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).

Allahı zikr etmək qəbləri rahatladar. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

Allahın zikri insanı xoşbəxt edər. “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).

Hədislərimizin bir çoxunun nəzərinə görə, Allahı zikr etmək deyildikdə, Həzrət Zəhranın (s.ə) təsbihi nəzərdə tutulur.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin zakir dili olar, ona dünyanın və axirətin xeyiri əta olunar”.

İmam Sadiq (ə) buyurur: “Hər bir şeyin həddi vardır, Allah zikrindən başqa”.

Hədislərimiz deyir ki, insan qəlbi də dəmir kimi paslana bilir və ancaq Allah zikri ilə bu pası aradan aparmaq olar.

Ona görə də deyə bilərik ki, Allahın zikri ancaq o deyildir ki, dildə deyilsin. İnsan əgər halal və harama riayət edərsə və bu zaman Allahı yada salarsa, günah edən zaman Allahı yada salarsa – o zaman zikr öz həqiqi mənasına çatar.

Yuxarıdakı ayədən çıxardığımız nəticələr:

1. Allahın zikri insana o zaman təsir edir ki, davamlı və çox olsun.

2. Allahın ən yaxşı zikri – təsbihdir.

3. Günün əvvəlini və axırını Allaha zikr edərək başlayıb, başa vuraq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930