Yaz allergiyaları ilə təbii mübarizə yolları
Yaz fəslində meydana gələn allergiya ilə təbii vasitələr aşağıdakılardır:
Qaraçörəkotu yağı Səhər və axşam bir çay qaşığı qaraçörəkotu yağı içmək allergiyaya qarşı müqavimətinizi gücləndirər. Üyüdülmüş üzüm çəyirdəyi və gicitkan toxumu Bir çay qaşığı üyüdülmüş üzüm çəyirdəyi və gicitkan toxumunu qatıq ilə qarışdıraraq səhər-axşam qəbul edin. Həm allergiyaya qarşı immunitetinizi gücləndirəcək və həm də damarlarınızı sağlam edəcək. Nanə yağı Sinənizə damlatdığınız bir neçə damcı keyfiyyətli nanə yağı gün boyu nəfəsinizin təravətli olmasına və rahat nəfəs almağınıza kömək edəcək. Qara turp Qədimdən bu günə qədər qalmış bu üsul ilə ağciyərlərinizi qüvvətləndirə bilərsiniz. Qara turpun ortasını oyun. Altında bir neçə xırda dəlik açıb, bir kasanın içərisinə yerləşdirin. Bütün gecəni saxlayın. Səhərisi gün dibinə axan şirəni səhər-axşam gündə iki dəfə bir çay qaşığı için. Sonda qeyd edək ki, evinizin və ya qapalı şəraitdə işləyirsinizsə, otağınızın tez-tez havasını dəyişin və havanın sirkulyasiyasını təmin edin. Nəyə allergiyanızın olduğunu diqqətlə təyin edin və onlardan uzaq dayanmağa çalışın. Və əlbəttə ki, bolluca su için. /Deyerler.org/ Oxşar xəbərlər
|