Allah-taala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun
Üzüyün qaşının nə olması daha yaxşıdır? Hədislərimiz bizə bununla bağlı bəzi tövsiyələr verir.
O cümlədən, Həzrət Peyğəmbər (s) buyurur: “Ələ yaqutdan olan üzük taxmaq – yoxsulluğun aradan getməsinə səbəb olar. O kəs ki, əqiq üzük taxar – ümid vardır ki, aqibəti xeyirli olsun”. İmam Əli (ə) buyurur: “O kəs ki, əqiq üzük taxar, Allah aqibətini imanla sona çatdırar”. İmam Sadiq (ə) buyurur: “Əlinizə əqiq üzük taxın ki, əqiq ilk dağ olmuşdur ki, Allahın rübubiyyətinə, Peyğəmbərin (s) nübuvvətinə və İmam Əlinin (ə) vəsiliyinə etiraf etmişdir. Bu, o dağdır ki, Allah Təala Musa (ə) ilə danışmışdır. O kəs ki, əqiq üzüklə namaz qılar, savabı başqa üzük taxan insanın savabından 40 dəfə çox olar”. Süleyman Əmaş nəql edir: “İmam Sadiqlə (ə) bir yerdə Mənsurun evində idik. Şallaq dəyən insan evdən bayıra çıxdı. İmam buyurdu: “Ey Süleyman! Onun üzüyünün qaşına nəzər sal!”. Dedim: “Ey Allahın Rəsulunun oğlu! Üzüyünün qaşı əqiqdən qeyrisidir”. İmam (ə) buyurdu: “Ey Süleyman! Əgər qaşı əqiq olsaydı, şallaq yeməzdi”. Dedim: “Daha çox məlumat verin”. Buyurdu: “Əqiq qaş öldürülməyə qarşı təhlükəsizlik verir”. Dedim: “Daha çox məlumat verin”. Buyurdu: “Allah Təala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun. O, hər bir bəladan qoruyandır. O, yoxsulluqdan amandır””. İmam Sadiq (ə) buyurur: “Hər kim əlinə gümüş əqiq üzük taxar – yoxsul olmaz, xeyirdən savayı başqası ona çatmaz”. İmam Əli (ə) buyurur: “Əlinizə əqiq üzük taxın ki, sizin üçün mübarəkdir və hər bir bəladan amanda olacaqsınız”. İmam Sadiq (ə) nəql edir: “Bir nəfər Peyğəmbərə (s) şikayətə gəlir ki, yolkəsən ona hücum etmişdir. Həzrət (s) buyurur: “Məgər əlində əqiq üzüyün yox idi? Bu üzük hər bir pislikdən qoruyar””. İmam Baqir (ə) buyurur: “Hər kim əlinə əqiq üzük taxar – o zamana qədər ki, əlində olar, yaxşılıq ona üz çevirər və Allah tərəfindən gözətçi olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sarı yağut üzüyü əlinə taxar – yoxsulluğa düçar olmaz”. /Deyerler.org/ Oxşar xəbərlər
|