Əhli-beytin (ə) vücud həqiqəti
Mьəllif: admin1
Tarix: 24-04-2017, 11:10
Əhli-beytin (ə) vücud həqiqəti
Heç bir nur və ruh Peyğəmbərə Əli nuru və ruhu kimi yaxın olmamışdır
Ayə və rəvayətlərə nəzər salsaq, “Mübahilə” (“Ali-İmran”, 61) ayəsinə əsasən isbat etmək olar ki, on bir məsum imamın vücudu Əli (ə) vücudundan qol-budaq atmışdır. Onun nuru isə Məhəmməd (s) nuru ilə birdir. Onlar arasında yalnız cismani fərq var.
İmam Sadiq (ə) mühüm bir rəvayətdə buyurur: “Varlıq olmayanda Allah vardı. Sonra varlığı və məkanı yaratdı. Daha sonra nurların nurlandığı nurlar nuru xəlq olundu. Bütün nurlar ondan parladı. Elə bir nur ki, Məhəmməd və Əlini ondan xəlq etdi.”
Digər bir rəvayətdə nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurdu: “Ya Əli! Mən və sən bir nurdan yaradılmışıq. Sonra həmin nur Adəmin sülbündə qərar verilib. Əbdül-Müttəlibin sülbündə bu nur ikiyə bölündü. Bir hissəsi Abdullahın, digəri Əbu Talibin sülbündə qərar tutdu.” (“Biharul-ənvar”, 5-13, bab 1, hədis 15)
Heç bir nur və ruh Peyğəmbərə Əli nuru və ruhu kimi yaxın olmamışdır. Allah-təala merac gecəsi məhz bu yaxınlıq səbəbindən peyğəmbərlə Əmirəlmömininin səsi ilə danışdı. Bu səbəbdən Məhəmməd və Əli arasında qardaşlıq əqdi qərar verildi. Bu qardaşlıq və birlik varlıq aləmində özünü göstərəsi idi. Ona görə də buyuruldu: “Mənim eşitdiyimi sən də eşidirsən, mənim gördüyümü sən də görürsən.” (“Nəhcül-bəlağə”, 562, xütbə 234)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031