Rəcəb ayında günəşin saçdığı hər şeydən üstün olan gecə
Rəcəbin 27-i Peyğəmbərin (s) Məbəs günüdür.
Əbu-Cəfər İmam Cavad (ə) buyurur: "Rəcəb ayında elə bir gecə vardır ki, günəşin saçdığı hər şeydən daha üsütündür. O Rəcəb ayının 27-ci gecəsidir. Onun sabahı gün Peyğəmbər (s) məbus olmuşdur. Bizim ardıcıllarımızdan bu gecənin əməllərini yerinə yetirən şəxs, 60 il əməlin əcrini almış olar". Səhabələr soruşdular ki bunlar hansı əməllərdir? İmam buyurdu: "İşa namazından sonra gecə yarısından əvvəl dur!, 12 rəkətli namaz qıl! O, 2-rükətli altı namazdır. (Hər bir rəkətdə Həmddən sonra qısa və ya geniş surələrdən oxumaq)". Namaz bitəndən sonra Həmd surəsini 7 dəfə, Məuzətəyn surələrini (Nas və Fələq) 7 dəfə, Tövhid və Kafirun surələrini 7 dəfə, Qədr və Ayətül-kürsünü 7 dəfə oxu və bundan sonra bu duanı oxu! . اَلْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَ لَمْ یَكُنْ لَهُ شَریكٌ فى الْمُلْكِ وَ لَمْ یَكُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُكَ بِمَعاقِدِ عِزِّكَ عَلَى اَرْكانِ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَ بِاسْمِكَ الاْعْظَمِ الاْعْظَمِ الاْعْظَمِ وَ ذِكْرِكَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَ بِكَلِماتِكَ التّامّاتِ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَ آلِهِ وَ اَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ . Tərcüməsi: “Şükr olsun o Allaha ki övladı yox, mülkiyyətində isə şəriki yoxdur. O kimsəni özünə yavər tutmayıb, elə isə ona layiqincə təkbir de! İlahi! hakimiyyətinin əsasları üzərində olan izzətinə and verirəm, kitabında qeyd edilən sonsuz mərhəmətinə an verirəm, ən böyük adına, ən uca zikrinə, tam və kamal kəlmələrinə and verirəm ki, Məhəmməd və ailəsinə salam göndər və mənimlə özün layiq olduğun kimi rəftar et”, bundan sonra Allahdan istədiyini dilə! Bu gecədə qüsl almaq müstəhəb əməllərdəndir. Bu gecənin ən fəzilətli əməli isə Həzrət Əlinin məzarını ziyarət etməkdir. Oxşar xəbərlər
|