Bu sadə əməllə gündəlik sədəqə verənlərdən hesab ediləcəksiniz
Hədislərin birində gəlib ki Məhəmməd Peyğəmbər (s) hər bir müsəlmanın gündəlik olaraq sədəqə verməyini vacib hesab etdi.
Səhabələr dedilər: Ey Allahın Elçisi axi bu iş hər adam üçün müyəssər və asan deyil. (Yəni bəziləri var ki onların imkanı yoxdur və belə olan halda gündə sədəqə vermək necə buyurula bilər?) Məhəmməd Peyğəmbər (s) buyurdu: "Bu, yolun üzərindəki zərər verən maneələri və əşyaları götürməkdir, yolu göstərmək sədəqədir, xəstəyə baş çəkmək sədəqədir, İnsanları yaxşı işə sövq etdirmək sədəqədir, onları pis işlərdən yayındırmaq və çəkinidrmək sədəqədir, salamın cavabını almaq sədəqədir". (Biharul-Ənvar, cild-96, səh-136) (İslaminSesi.info) Oxşar xəbərlər
|