Hətta zalım xəlifələr də İmamı (ə) Peyğəmbər (s) elminin varisi kimi qəbul edirdilər
Mьəllif: admin1
Tarix: 24-04-2017, 13:10
Hətta zalım xəlifələr də İmamı (ə) Peyğəmbər (s) elminin varisi kimi qəbul edirdilər
Məmun nəql edir: “Bir gün bir dəstə adam atam Harunun yanına gəlmək üçün icazə istədi. Musa ibni Cəfər (ə) də o məkanda idi. Atam onu görən kimi hamıdan üzünü çevirib, ancaq ona baxmağa başladı. O zaman ki, yaxınlaşdı, atam ona böyük ehtiram göstərdi və halını soruşdu.
İmam (ə) buyurdu: “Xeyirdir”. Xudafizləşən zaman da atam böyük hörmətlə onu yola saldı.
Atama dedim: “Görürəm ki, bu şəxslə elə rəftar etdin ki, heç kəslə o cür rəftar etmədin. Bu kişi kimdir?”.
Harun dedi: “Oğlum, o şəxs – Peyğəmbər (s) elminin varisi Musa ibn Cəfər ibni Muhəmməddir (ə). Əgər düzgün və möhkəm elm istəyirsənsə, bu şəxsin yanındadır”. (İslami saytlara istinadən)
Məmun deyir: “Elə bu zaman qəlbimdə Peyğəmbər (s) nəslinə qarşı məhəbbət yarandı”.
Ancaq qürur və dünyapərəstlik bu ata və oğula mane oldu ki, sevgilərini yaşada bilsinlər. Əksinə, bu iki zalım İmamlarımızı (ə) şəhadətə yetirdilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031