Quran hansı əməlləri bağışlanmanın səbəbləri kimi tanıtdırır?
Mьəllif: admin1
Tarix: 24-04-2017, 13:39
Quran hansı əməlləri bağışlanmanın səbəbləri kimi tanıtdırır?
Qurani-Kərimdə bir sıra məsələlər bağışlanmanın səbəbləri və günahların aradan qalxması ünvanında qeyd edilmişdir. Aşağıda onların bir qisminə işarə edirik:
1. Tövbə
یا اَیُّهَا الَّذِینَ آمَنُوا تُوبُوا اِلَى اللّهِ تَوْبَهً نَصُوحاً عَسى رَبُّکُمْ اَنْ یُکَفِّرَ عَنْکُمْ سَیِّیاتِکُمْ

“Ey iman gətirənlər, Allaha xalis şəkildə tövbə edin, ola bilsin ki, Rəbbiniz sizin günahlarınızı örtsün.” (1)

2. İman və saleh əməl
وَ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ وَ آمَنُوا بِما نُزِّلَ عَلى مُحَمَّد وَ هُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ کَفَّرَ عَنْهُمْ سَیِّیاتِهِمْ

“İman gətirən, yaxşı işlər görən və Məhəmmədə nazil olana, – o, Rəbləri tərəfindən nazil olan haqdır – iman gətirən kəslərin (isə) günahlarını təmizləyər və (dünya və axirətdə) vəziyyətlərini yaxşılaşdırar.” (2)

3. Təqva
اِنْ تَتَّقُوا اللّهَ یَجْعَلْ لَکُمْ فُرْقاناً وَ یُکَفِّرْ عَنْکُمْ سَیِّیاتِکُمْ

“Əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin günahlarınızı təmizləyər.” (3)

4. Hicrət, cihad və şəhadət.
فَالَّذِینَ هاجَرُوا وَ اُخْرِجُوا مِنْ دِیارِهِمْ وَ اُوذُوا فِی سَبِیلِی وَ قاتَلُوا وَ قُتِلُوا لَاُکَفِّرَنَّ عَنْهُمْ سَیِّیاتِهِمْ
"(Allah) hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və bu, Allah tərəfindən bir mükafatdır.” (4)

5. Gizlində sədəqə vermək və bəxşiş vermək
إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ ۖ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ ۚ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

“Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz, o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz, bu, sizin üçün daha xeyirlidir və (Allah) günahlarınızı təmizləyər. Allah əməllərinizdən xəbərdardır.” (5)

6. Borc vermək
اِنْ تُقْرِضُوا اللّهَ قَرْضاً حَسَناً یُضاعِفْهُ لَکُمْ وَ یَغْفِرْ لَکُمْ

“Əgər Allaha gözəl bir borc versəniz (mallarınızı, əməllərinizi və övladlarınızı Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat-qat artırar və sizi bağışlayar.” (6)

7. Kiçik günahların bağışlanmasına səbəb olan böyük günahlardan çəkinmək
اِنْ تَجْتَنِبُوا کَبایِرَ ما تُنْهَوْنَ عَنْهُ نُکَفِّرْ عَنْکُمْ سَیِّیاتِکُمْ

“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik.” (7)

Beləliklə, Allahın bağışlanma qapıları hər tərəfdən bəndələrinin üzünə açıqdır. Quranın yeddi ayəsinə əsasən, onun yeddi qapısı qeyd edilmişdir və daha yaxşı olar ki, onun bütün qapılarından daxil olaq. (8)

Mənbələr:
1. "Təhrim" surəsi, 8-ci ayə.
2. "Məhəmməd" surəsi, 2-ci ayə.
3. "Ənfal" surəsi, 29-cu ayə.
4. "Ali-İmran" surəsi, 195-ci ayə.
5. "Bəqərə" surəsi, 271-ci ayə.
6. "Təğabun" surəsi, 17-ci ayə.
7. "Nisa" surəsi, 31-ci ayə.
8. "Nümunə təfsiri", c. 20, səh. 24.


/makarem.ir/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031