Besətin fəlsəfəsi nə idi?
Həzrət Peyğəmbərin (s) besəti astanasında insanlar qəribə bir böhran şəraitində yaşayırdılar.
Cəhalət, qarətçilik, zülm, zəiflərin haqqını tapdalamaq, fəsad, ədalətsizlik və ayrı-seçkilik, əxlaqdan və insanlıqdan uzaq olmaq – bunlar bütün dünya bəşərini əhatə edən bəlalar idi. Ərəb ölkələri arasında Hicaz həm Mədəni, həm siyasi və həm də iqtisadi cəhətdən ən pis vəziyyətdə qərar tuturdu. Məkkə camaatı çubuqdan və daşdan düzəldilmiş bütlər qarşısında təzim edir və qurbanlar kəsirdilər. Qadınlar insanlıq haqqından məhrum olmuşdular. Onları başqa mal və əşya kimi alıb-satırdılar. İmam Əli (ə) buyurur: “(O günlərdə) heç bir evə İslam yol tapmamışdı, Allahın Peyğəmbərinin (s) və Xədicənin (s.ə) evindən başqa. Mən onların üçüncüsü idim. Mən vəhy nurunu görürdüm və nübuvvət ətrini hiss edirdim. O zaman ki, Peyğəmbərə (s) vəhy nazil oldu, şeytanın naləsini eşitdim. Dedim: “Ey Allahın Rəsulu! Bu nalə nədir?”. Buyurdu: “Şeytandır ki, öz pərəstişindən məyus olmuşdur”. Buyurdu: “Ya Əli! Sən mənim eşitdiklərini eşidirsən və o şeyi ki, mən görürəm – görürsən. Məgər o halda ki, sən peyğəmbər deyilsən, mənim vəzirimsən və xeyir yoluna gedirsən”. Rəhmətlik İmam (r) besət haqqında buyurur: “Peyğəmbərin (s) besət günündən şərəfli bir gün yoxdur. Çünki onun kimi böyük hadisə baş verməmişdir. Çünki varlıq aləmində Peyğəmbərdən (s) böyüyü yoxdur, Allah Təalanın müqəddəs zatından başqa. Ona görə də besət hadisəsindən böyük hadisə yoxdur”. Besət və Cəbrayilin (ə) Həra dağına enməsi və Peyğəmbərə (s) səslənməsi – bəşərin ən böyük və ən üstün hadisəsidir ki, onun kimisi tarixdə görünməmişdir. Besət, Peyğəmbərin (s) başına bəndəlik tacını qoyaraq, onu varlıq aləminin padşahı seçdi və bəşərin var olmaq səbəbini ali məqama qaldırdı. Çünki o, bu məqama layiq idi və insanın Allahın yer üzərindəki xəlifəsi ola biləcəyini mələklərə sübut etmişdi. /Deyerler.org/ Oxşar xəbərlər
|