Rəsulullah (s), Allahın ən kamil təcəllasıdır
Düzdür ki, Allah "ləm yəlid və ləm yuləd"dir (nə doğmuş, nə də doğulmuşdur!) ("İxlas surəsi, ayə 3").
Lakin təcəlli edir. Rəsulullah (s), Allahın ən kamil təcəllasıdır. Allah bir çox şeyi Peyğəmbər (s) üçün zahir etmişdir. Allah sonsuzdur, Peyğəmbər (s) də insanlar arasında sonsuzluq məqamına çatmışdır. Bu əzəmətli təcəllanın mənasıdır. Əgər: "(Ya Peyğəmbər!) Yoxdan yaradan Rəbbinin adı ilə oxu!" ("Ələq" surəsi, ayə 1.)– olmasaydı, bəşər səmərəyə çatmazdı. İqrə (oxu), Allahın əzəmətli təcəllasıdır. Allah, Peyğəmbərində (s) təcəlla etdi ki, həzrət insanların tərbiyəçisi olsun. Ona görə də Allah o həzrətin batinini dolu etməli idi ki, başqaları onun vücudundan faydalana bilsinlər. Peyğəmbər (s) məbus olduqdan sonra ağıllarda inqilab, çevriliş yaratdı: "İnsanın ağıl və batinində gizli qalanları aşkar etsinlər". ("Nəhc əl-bəlağə", səh. 24.) Sevgi və mehribanlığı aşkar etdi: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik". ("Ənbiya" surəsi, ayə 107.) Ustad Firuği /islamazeri.az/ Oxşar xəbərlər
|