Onlarla əsərin müəllifi olan alim: Ömrümün ən böyük iftixarı əmmamə və əba olub
Çoxsaylı dini-ictimai və əxlaqi əsərlərin müəllifi müasir islam dünyasının mütəfəkkiri Ustad Mürtəza Mütəhhərinin şəhid edilməsinin ildönümü ərəfəsində onun bir neçə maraqlı xatirəsini təqdim edirik:
"Məcmueye Asare Şəhid Mütəhhəri”əsərində (17-ci cild, səh-156) alimin dilindən belə nəql olunur: "Şiraz universitetinə çıxış üçün dəvət edilmişdim. Çoxlu ustadlar, doktorlar, professorlar var idi və universitet rəhbərliyi də orada idi. Oranın ustadlarından biri ki, dini təhsili var idi və ABŞ-da da ali təhsilini alıb ölkəyə dönmüşdü, hörmətli və dəyərli insan idi. O məni təqdim etməli və tanıtdırmalı idi. O məni tanıtdıraraq deyirdi: Filankəsi tanıyıram, O Qum hövzəsində belədir, elədir deyirdi... Məni təqdim edən zaman sonda o bunu dedi: "Bunu tam mənada cürətlə deyə bilərəm ki, bəziləri üçün ruhani paltarı iftixar olduğu halda, bu adam ruhani libası üçün fəxrdir.” Şəhid Mütəhhəri deyir: Onun bu sözündən sonra od hər yerimi bürüdü. Elə ayaq üstə ikən çıxışımı etdim. Biraz danışıdım. Sonra üzümü həmin təqdim edən adma tutub dedim: Filankəs bu nə sözdür deyirsən?! Ağzından çıxanı bilirsənmi?! Mən kiməm ki məni bu paltara iftixar olaraq vəsf edirsən?! O zaman hövzədən daha çox universitetdə olmağıma baxmayaraq, dedim ki, bütün ömrümdə yalnız bir iftixarım olub. O da bu əmmamə və bu əba-qəbadır. Mən kiməm ki fəxr səbəbi olam?! İftixar Əbuzər və Əmmar kimilərdir. İbni-Sina, Xacə Nəsirəddin Tusi, Şeyx Murtəza Ənsari, Mirdamad kimiləri islam üçün fəxr ola bilərlər,mən deyil..." (İslaminSesi.info) Oxşar xəbərlər
|