Zalımın zülmünə şərik olanlar
Mьəllif: admin1
Tarix: 26-04-2023, 11:28
Zalımın zülmünə şərik olanlar
Bu barədə Həzrət İmam Cavad (ə) gözəl bir hədisi var. İmam (ə) buyurub: Zülüm edən, bu işdə ona kömək edən, bu işə razı olan (qəlbində) hamısı həmin işdə şərikdirlər.

Zülüm başqasına əziyyət etmək, ona aid olanı əlində almaqdır. Fərqi yoxdur maddi olsun, ya mənəvi.

Zülmü bəzən insan özü özünə də edə bilir. Məsələn öz əzalarını kəsməsi kimi, intihar etməsı kimi. Yaxud mənəvi zülm qəbilində olan, cəmiyyətdə etdiyi pis işlər üzündən özünü gözdən salması kimi.

Hər halda zülm pis işdir. Zülmə kömək edən də, ona bu işinə görə razılıq edən də elə zülm edən kimidir. Çünki zülm etməsələr də, bu pis işə şərait yaradırlar.
Dinimiz insanları zülmdən çəkinməyə, yaxşı iş gorməyə cağırır.


Qurani Kərim buyurur: "İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz"! (Ali İmran 57)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031