Əl-Muraqibat kitabından bir yarpaq - Hər bir duada əllərin xüsusi forması
Təəvvüz: Allaha sığınmaq halı. Bu zaman əllərinin iç hissəsini qibləyə tərəf saxlamalısan.
Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi ilahi yolun yolçularına nəfsin tərbiyə və saflaşmasını öyrədən dəyərli "Əl-Muraqibat” kitabında duanın zahiri və mənəvi qaydalarını izah etdikdə hər bir duada əllərin necə olması qaydalarına da toxunur. "Duanın qaydalarından biri də də dua edərkən əlləri yuxarı qaldırmaqdır. Peyğəmbər (s) Allah dərgahına dua edib, yalvararkən əllərini elə yuxarı qaldırırdı ki, sanki bir yoxsul, yemək üçün əllərini qaldırmışdır. İmam Sadiqdən (ə) dua edərkən əlləri yuxarı qaldırmaq barədə soruşdular. Həzrət buyurdu: "Bu beş növdür: 1. Təəvvüz: Allaha sığınmaq halı. Bu zaman əllərinin iç hissəsini qibləyə tərəf saxlamalısan. 2. Ruzi istəmək üçün dua halı. Bu zaman hər iki əlini açmalı və onun iç tərəfini səmaya doğru yuxarı qaldırmalısan. 3. Təbəttul: Dünyadan üzüldüyün hal. Bu zaman şəhadət barmağınla işarə etməlisən. 4. İbtihal: Zəlillik halı ilə Allahı and vermək. Bu zaman əllərini başına qədər gətirib və ondan da yuxarı qaldırmalısın. 5. Təzərrü: Ah-zar halı. Bu zaman şəhadət barmağını üzünün qarşısında hərəkət etdirməlisən və bu qorxu duasıdır (yəni qorxduğun zaman etdiyin dua)”. Yenə imam Sadiqdən (ə) nəql olunmuşdur: Rəğbət halında əllərini elə aç ki, əllərin içi görünsün. Qorxu halında əllərini elə aç ki, əllərinin arxası yuxarı qalsın və əllərini sağ və sol tərəflərə hərəkət etdir. Dünyadan üzüldüyün zaman dua etdikdə sol əlinin şəhadət barmağını yavaşca səmaya doğru qaldır, sonra yuxarı-aşağı hərəkət etdir. Zəlillik halında dua etdikdə əllərini və dirsəklərini səmaya tərəf aç, (sağ və sol tərəfə hərəkət etdir). Ah-zar halında barmağıı sağa və sola hərəkət etdir. Həmçinin, dünyadan üzüldüyün halda dua etdikdə, barmağını bir dəfə yuxarı qaldır və digər dəfə aşağı endir. Həmçinin, zəlillik halında əllərini aç və üzünün qarşısında tut. Sonra buyurdu: Gözünün yaşı üzünə axmayınca ah-zar etməkdən əl çəkmə. Digər rəvayətdə deyilir: "Duada "istikanət” (Təvazö, xüzu və ah-zar etmək) odur ki, əllərini öz çiyinlərinə qoysun”. Qaynaq: "Əl-Muraqibat”, səh. 165. Çevirdi: Seyid Zahir Oxşar xəbərlər
|