"Əli (ə) yuxuda, Mirzə isə oyaq"
Mьəllif: admin1
Tarix: 20-09-2020, 22:32
"Əli (ə) yuxuda, Mirzə isə oyaq"
Ayətullah Hacı Şeyx Əbdunnəbi Nuridən belə nəql olunur:

Samirra şəhərində təhsillə məşğul olduğum və Ayətullah üzma Mirzə Məhəmməd Həsən Şirazinin dərslərində iştirak etdiyim vaxtlar idi.

Güzəranımı əhli sünnədən olan şəhər dükançılarından biri ilə nisyə alış-verişlə keçirir və evdən göndərilən pul gəlib çatanda onun pulunu qaytarırdım.

Bir dəfə hələ pul gəlib çatmamışdı və borcum da çox idi. Təsadüfən dükanın qabağından keçəndə məni çağırıb dedi:

Heç bilirsən borcun nə qədərdir?

Dedim: Yox.

Dükançı dedi: Altmış lirə borcun var.

Dedim: Eybi yoxdur, iki günə qaytararam. Amma gedəndən sonra fikirləşdim ki, axı iki günə mən bu məbləği haradan tapıb ödəyəcəm?

Narahat və qəmgin halda evə döndüm. Gecə oldu və yatıb yuxuda gördüm ki, Nəcəf-Əşrəfdəyəm. Bir şəxs məni çağırıb dedi: Əmirəlmöminin (ə) səni görmək istəyir.

Tələsik qalxıb həzrətin (ə) hərəminə getdim. Qəribə burasıdır ki, yuxuda hərəmə daxil olanda gördüm ki, o həzrət (ə) alicənablıqla əyləşibdir.

Mən salam verdim və salamımın cavabını alandan sonra, bir pul kisəsini çıxararaq mənə verib dedi: "Bu altmış lirədir. Götür borcunu qaytar.”

Sevindiyimdən nə edəcəyimi bilmirdim. Pul kisəsini götürdükdə o həzrət (ə) yenə də kəramət edərək başqa bir pul kisəsini mənə verib dedi:

"Götür, bu da həmin məbləğ qədərdir və güzəranını bununla yola ver.” Onu da götürəndə yuxudan ayıldım.”

Gördüyüm yuxunun təbirinin necə olduğu haqda fikirləşirdim ki, mənzilimin qapısı döyüldü. Çölə çıxıb, Ayətullah Mücəhid Şirazinin evinin xidmətçisini qapıda gördüm.

O dedi: Dünən axşam Ayətullah Şirazi sizi görmək istəyirdi və mənim işim olduğundan indi sizin dalınızca gəlmişəm. İndi isə qalx gedək.

Ayətullah Şirazinin hüzuruna çatanda gördüm ki, əcəba, Həzrət Əli (ə) kimi əzəmət və vüqarla oturmuşdur! Salam verdim. Salamın cavabını alıb dedi:

Yaxın gəl. Bir pul kisəsini çıxarıb mənə verərək dedi:

Get bu altmış lirə ilə borcunu ödə. Sevincək pul kisəsini götürəndə, başqa bir pul kisəsini də mənə verib dedi:

Bu altmış lirə də güzəranını keçirmək üçündür.


Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930