Quran surələrinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 28-04-2017, 22:33

 Quran surələrinin fəzilətləri  

Nisa (qadınlar) - Hz Əli (ə)dan rəvayətdirki, hər cümə günü Nisa surəsini oxuyan şəxs qəbr əzabından amanda olar.


Maidə (süfrə) - İmam Baqir (ə) buyurmuşdur ki, kim hər cümə axşamı Maidə surəsini oxusa imanı heç vaxt şirkə qatışmaz.
* * * * *
Ənam(davar) surəsi - İbn Abbas rəvayət edirki,kim hər gecə Ənam surəsini oxusa qiyamət günü amanda qalanlardan olar və od üzü görməz.
* * * * *
İmam Sadiq (ə) buyurmuşdur: Ənam surəsi bir dəfəyə nazil olmuş və onu yetmiş min mələk müşayiət etmişdir. Peyğəmbərə (s) nazil olduqda Peyğəmbər (s) ona ehtiram etmişdir. Bu surənin yetmiş yerində Allahın adı çəkilmişdir. Əgər camaat Ənam surəsində nələrin gizləndiyini bilsəydi heç vaxt onu tərk etməz və daima oxuyardılar.


İmam Rza (ə) buyurmuşdur: Ənam surəsi bir dəfəyə nazil olmuş və yetmiş min mələk onu müşayiət etmişdir. Mələklər bu surə nazil olanda Allaha həmd səna deyib, zikr edirdilər. Bu surəni oxuyan şəxs üçün həmin yetmiş min mələk qiyamətə qədər zikr edər.
* * * * *
Cin-surəsi, İmam Sadiq (ə) buyurmuşdur: Cin surəsini oxuyan şəxsə heç bir bəd nəzər, sehr tilsim və cadu təsir etməz. Qiyamətdədə o Peygəmbər (s) ilə bir yerdə olduğundan öz razılığını bildirər.
* * * * *
Nur - surəsi, İmam Sadiq (ə) buyurmuşdur: Mal dövlətinizi, xanımlarınızı, namsunuzu Nur surəsini oxumaqla qoruyun.


Mənbə: "Quran surələrinin savab və fəzilətləri" kitabı

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031