Böyük insan heç vaxt söyüş söyməz
Həzrət Məhəmməd (s) buyurub: "Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin.”[1]
"Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.”[2] "Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.”[3] İmam Əli (ə) buyurub: "Böyük insan heç vaxt söyüş söyməz.”[4] İmam Baqir (ə) buyurub: "Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.”[5] "Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər.”[6] "Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır.”[7] İmam Sadiq (ə) buyurub: "Söyüş söymək, dili pis olmaq və vəhşilik nifaqdandır.”[8] "Camaat kimin dilindən qorxarsa, o, alovda olar.”[9] [1] Biharul- Ənvar, c.79, səh.111, hədis 6 [2] əl-Kafi, c.2, səh.323, hədis 3 [3] əl-Kafi, c. 2, səh.325, hədis 8 [4] Ğurərul-Hikəm, hədis 9478 [5] əl-Kafi, c.2, səh.324, hədis 4 [6] Biharul- Ənvar, c.78, səh.181, hədis 67 [7] Biharul- Ənvar, c.78, səh. 185, hədis 14 [8] Biharul-Ənvar, c.79, səh.113 hədis 14. [9] əl-Kafi, c. 2, səh.327, hədis 3 (ahliman.info) Oxşar xəbərlər
|