Nas, nas kimilər və nəsnas kimlərdir? – İmam Hüseyn (ə) izah edir
Mьəllif: admin1
Tarix: 28-08-2022, 10:01
Nas, nas kimilər və nəsnas kimlərdir? – İmam Hüseyn (ə) izah edir
Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və soruşur: "Nas, nas kimilər və nəsnas kimlərdir?”.

İmam Hüseyn (ə) də orada idi və İmam Əli (ə) mübarək üzünü o Həzrətə (ə) tutub buyurdu: "Bu kişinin cavabını ver!”.

İmam Hüseyn (ə) buyurdu: "Nas bizlərik. Ona görə də Quran buyurur: "Sonra (müşriklərin getdikləri yol ilə deyil) camaatın axışdığı yer ilə (Məş’ər çölündən Minaya tərəf) yollanın”. ("Bəqərə” 199).

Yollanın dedikdə, məqsəd Peyğəmbərdir (s) ki, insanları Minaya tərəf aparmışdı.

Ancaq nas kimilər bizim davamçılarımızdır və bizdəndirlər. Necə ki, Quranda gəlmişdir: "Odur ki, kim mənə tabe olsa, o, məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən Sən çox bağışlayan və mehribansan”. ("İbrahim” 36).

Ancaq nəsnas qalan insanlardır ki, Peyğəmbərin (s) Əhli-beytindən kənarlaşıblar”.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930