Əbəlfəzlə (ə) təvəssül edən şikəst uşaq
Şeyx Mürtəza Ənsarinin şagirdlərindən biri özü danışır ki: Mən İmam Hüseyn (ə)-mı ziyarət etdim və sonra Abbas (ə)-ın hərəmini ziyarət etmək məqsədi ilə ora getdim. Hərəmdə ikən gördüm ki, bir ərəb içəri girdi, qucağında balaca bir oğlan uşağı var idi. Onun ayaqları şikəst idi. Uşağı iplə zərihə bağlayaraq təvəssül edib ağalmağa başladı. Üstündən bir az keçmişdi ki, oğlan uşağı ayağa durdu. Onun şikəstliyindən əsər əlamət qalmamışdı. O, qışqırıb dedi: Abbas (ə) mənə şəfa verdi. Camaat onu dövrəyə alıb paltarını təbərrük olaraq tikə-tikə etdilər. Mən bunu belə gördükdə zərihə tərəf getdim. Həzrət Abbas (ə)-la kobud danışmağa başladım: Sənin şənindən xəbəri olmayanların istəyini verirsən, amma sənin yanında elm, mərifət və ədəblə gəldiyim halda məni ümüdsüz, yaxud istəyimi almadan qaytarırsanmı?! Bəs belədirsə daha heç vaxt sənin ziyarətinə gəlməyəcəm! O narahatçılıqdan özümə gəldikdən sonra kobud sözlərimdən peşman olub, ədəbsizlik etdiyimə görə Allahdan istiğfar və bağışlanmağımı istədim. Nəcəfi-Əşrəfə qayıtdıqdan sonra şeyx Mürtəza Ənsari yanıma gəldi. Mənə iki kisə verib dedi: Əbəlfəzl (ə)-dan istədiyin budur, bir ev al və Allahın evinin ziyarətinə get. Maraqlıdır mən bu iki hacəti Həzrət Əbəlfəz (ə)-dan istəmişdim.
Mən heç vaxt Əbəlfəz (ə)-a təəccüb etmərəm, amma ona təəccüb edirəm ki, ustadımız "Şeyx Ənsari" bu əhvalatdan necə xəbərdar olmuşdu. Çünki Əli Mürtəzanın (Allahın şirinin) oğlundan möcüzə və heyrətamiz bir şeyin baş verməsi təəccüblü deyil.
Hər gün, bəlkə hər saat o müqəddəs hərəmə gedən istəyini alıb sevinərək qayıda bilər. Bu kəramətin bizim şeyxdə olması çox təəccüblüdür. Məlumdur ki, Allahın daim möminlərə qarşı rəhmət nəzəri vardır.
Kitabın adı: Hacətlər qapsı ( Əbəlfəzlil Abbas əleyhissalam)
Müəllif: Dilavər Quliyev
Oxşar xəbərlər
|