İmam Zamanın (ə.f) həzrət Əbul-Fəzl Abbasa salamı
Şeyx Səduq əl-Əmali əsərində İmam Səccaddan (ə) belə nəql edir: "Abbasın Mütəal Allah yanında elə bir məqamı vardır ki qiyamət günündə şəhidlərin hamısı onu görüb qibtə edərlər”
İmam Sadiq (ə) buyurur: "Əmim Abbasın bəsirəti və möhkəm imanı var idi. Qardaşı Hüseynlə cihada getdi. İmtahandan çox yaxşı çıxdı. Dünyadan şəhid getdi.” İmam Səccad həzrət Əbul-Fəzl Abbasın imanı və mənəviyyatı barədə bu kəlamı buyurub: "Həzrət Abbas (ə) təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır." On ikinci İmam həzrət Əbul-Fəzlə belə salam göndərir: "Salam olsun Əbəl-Fəzlə! Salam olsun Əmirəlmöminin oğlu Abbasa! Qardaşının dərdinə şərik olan böyük şəxs ki canını ona fəda etdi. O dünənki günündə sabahkı gününü təmin etdi. Qardaşına fəda olub onu qoruyan insan. Suyu çatdırmağa çalışdı, amma əlləri qələm oldu.” Oxşar xəbərlər
|