10000 dinar qızıl, yoxsa qəzaya getmiş sübh namazı?
Mьəllif: admin1
Tarix: 15-09-2020, 12:14
10000 dinar qızıl, yoxsa qəzaya getmiş sübh namazı?
Mərhum Məclisi belə bir hədis nəql edir: "Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və Həzrətə (ə) Şama ticarət üçün getdiyini söylədi və məsləhət verməsini istədi.

İmam (ə) buyurdu: "Getmə”. İzahat vermədi. Bu kişi getdi və İmamın (ə) sözlərinə qulaq asmadı. Onun ticarəti bir neçə ay çəkir və Mədinəyə qayıdıb, İmamın (ə) xidmətinə gəlir və deyir: "Yəbnə Rəsulullah! Mən sizə qulaq asmadım, getdim və on min qızıl dinar qazandım”.

İmam (ə) buyurur: "Mən öz məsləhətimin üzərində dururam. Sənə dediyim ki, getmə”.

Dedi: "Niyə, yəbnə Rəsulullah?”. "Çünki bu arada sənin bir sübh namazın qəzaya getmişdir.

Bütün o pul və dünyada olan bütün pulları bu namazın yerinə versən, əvəzini verə bilməzsən”.


Allah Təala Quranda buyurur: "Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir”. ("Bəqərə” 168-169).

İmam Sadiq (ə) kəbirə günahları tanımaq haqda buyurur: "Quranın zikr etdiyi günah və Allahın ona görə əzab vəd etdiyi günah kəbirə günahdır”.

İnsanların dini maarifi zəifdir və ona görə də Allaha iftira atır və töhmət vururlar. Allaha vurulan töhmətlərdən biri də budur ki, Allah dünya və axirətdə buyurur: "Mən Öz haqqımdan keçirəm. Ancaq insanların haqqından keçmirəm”.

Yəni sanki insanların haqqı Allahın haqqından üstün tutulur.

Halbuki, İmam Səccad (ə) Allahın haqqını bəyan edən zaman buyurur: "Allahın haqqı - əkbər haqdır”. Yəni bütün haqlar Allahın haqından sonra gələr.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031