4-CÜ İMAMDAN 4 HƏDİS
Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və onları öz həyatında gerçəkləşdirməlidir. Bəşəriyyətə hərtərəfli örnək və nümunə olan həmin insanlardan biri də imam Zeynəlabidin (ə)-dır. Bu gün – Şəban ayının 5-i, yəni Aprelin 2-i o həzrətin doğum günüdür. Elə bu münasibətlə Əhli-beyt (ə) tərəfdarlarını təbrik edirik və bu fürsətdən istifadə edərək, o həzrətdən nəql olunan dəyərli kəlamlardan dördünü diqqətinizə çatdırırıq. Ümid edirik ki, Əhli-beytin (ə) kəlam və göstərişlərinə əməl etməklə həyatımızın uğur və müvəffəqiyyətini günbəgün daha da artıraq! 1. İmam Zeynəlabidin (ə) buyurmuşdur: أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ بَنَى اللَّهُ تَعَالَى لَهُ بَيْتاً فِي الْجَنَّةِ مَنْ آوَى الْيَتِيمَ وَ رَحِمَ الضَّعِيفَ وَ أَشْفَقَ عَلَى وَالِدَيْهِ وَ رَفَقَ بِمَمْلُوكِه "Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr: 1. yеtimә sığınacaq vеrәnə; 2. zәiflәrә mәhәbbәt göstərənə; 3. vаlidеyninә ürәk yаndırana; 4. köləsi (tabeçiliyində olan) ilә хоş rәftаr еdənə.”[1] 2. İmam Zeynəlabidin (ə) buyurmuşdur: أرْبَعٌ مَنْ كُنَّ فیهِ كَمُلَ إسْلامُهُ، وَ مَحَصَتْ ذُنُوبُهُ، وَ لَقِیَ رَبَّهُ وَ هُوَ عَنْهُ راض: وِقاءٌ لِلّهِ بِما یَجْعَلُ عَلى نَفْسِهِ لِلنّاس، وَ صِدْقُ لِسانِه مَعَ النّاسِ، وَ الاْسْتحْیاء مِنْ كُلِّ قَبِیح عِنْدَ اللّهِ وَ عِنْدَ النّاسِ، وَ حُسْنُ خُلْقِهِ مَعَ أهْلِهِ "Dörd xüsusiyyətə sahib olan şəxsin imanı kamil olar, günahları bağışlanar və Allah-Taalanın razılığını qazandığı halda Onun hüzuruna gedər (dünyadan köçər); 1. ilahi qorxu, belə ki, heç bir təvəqqesi olmadan xalqa xidmət etmək; 2. insanlarla doğru danışmaq; 3. Allah-Taalanın və insanların nəzərində (şəri və ürfi baxımdan) çirkin sayılan işlərdən uzaq olmaq; 4. əhli-əyalı ilə xoş rəftar etmək.”[2] 3. İmam Zeynəlabidin (ə) buyurmuşdur: ثَلَاثٌ مُنْجِيَاتٌ لِلْمُؤْمِنِ كَفُّ لِسَانِهِ عَنِ النَّاسِ وَ اغْتِيَابِهِمْ وَ إِشْغَالُهُ نَفْسَهُ بِمَا يَنْفَعُهُ لآِخِرَتِهِ وَ دُنْيَاهُ وَ طُولُ الْبُكَاءِ عَلَى خَطِيئَتِهِ "Üç əməl möminin nicаtınа sәbәb оlаr: 1. dilini pis sözlәrdәn vә insanların qеybәtindәn qorumаq; 2. dünyаsı vә ахirәtinә fаydаsı оlаn işlәrlә mәşğul оlmаq; 2. öz xətalаrınа görә çox аğlаmаq.”[3] 4. İmam Zeynəlabidin (ə) buyurmuşdur: مَنْ قَنِعَ بِمَا رَزَقَهُ اللَّهُ فَهُوَ مِنْ أَغْنَى النَّاسِ "İnsanların ən zəngini Аllаhın vеrdiyi nеmәtlәrә qаnе оlаn kəsdir.”[4] Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|