Peyğəmbərin (s) öpdüyü və cəhənnəm odunda yanmayacaq əl
Mьəllif: admin1
Tarix: 29-05-2021, 10:23
Peyğəmbərin (s) öpdüyü və cəhənnəm odunda yanmayacaq əl
Hədislərə görə halal ruzi qazanan ibadət etmiş hesab edilir. Bəndə bu halda ölərsə ona şəhidin savabı verilər.

Məhəmməd Peyğəmbər (s) buyurur: "Allah istəyir ki, bəndəsini halal ruzi qazanmaqdan yorğun halda görsün" (Kənzul-Ümmal, hədis-9200)

Peyğəmbər (s) yenə buyurub: "Ailəsi üçün halal ruzi qazanan Allah yolunda hərəkət edənlərdən sayılır"

Hala ruzi qazanmaq üçün insan sübh tezdən oyanmalıdır. Peyğəmbərin (s) hədisində buyurulduğu kimi: "Ehtiyaclarınızı aradan qaldırmaq və ruzini əldə etmək üçün sübh tezdən qalxın! Çünki sübh çağında bərəkət və tövfiqat var."

Usudul-Ğabə əsərində nəql olunur: "Bir gün Peyğəmbər (s) onun (Səd əl-Ənsari) əlini öpdü və buyurdu: Bu cəhənnəmdə yanmayacaq əldir." (Usudul-Ğabə cild-2, səh-269)

Ruzi əldə etmək zəhmət tələb edir. Ona görə səbr etmək lazımdır. Necə ki İmam Əli (ə) buyurub: "İşdə zəhmətə səbr etməyən gərək ki, yoxluğun dərdinə səbr etsin"

Halal ruzi qazanmaq bu yolda tər tökmək bu qədər dəyərlidirsə, onda biz fəhlələrlə və işçilərlə necə davranmalıyıq?

Peyğəmbər (s) buyurub: "Fəhlənin muzdunu ödəyən zaman zülmə yol vermək, ən böyük günahlardandır."

İmam Əli (ə) buyurub: "Peyğəmbər (s) fəhləyə işi vermədən öncə onun muzdunu təyin etməyi vacib bilirdi və bu işi etməyənlərdən çəkindirirdi."

Əl-Kafi əsərində (cild-5, səh-289) İmam Sadiqdən (ə) belə bir hədis nəql olunur: "Onların təri qurumamış muzdlarını verin!"


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930