Sən qaş görürsən, mən qaşın işarəsini
Mьəllif: admin1
Tarix: 29-05-2021, 10:25
Sən qaş görürsən, mən qaşın işarəsini
Axund Kaşinin (Axund Molla Məhəmməd Kaşi) həyatı haqqında xatirələrdə deyilir:

Mərhum Axund Kaşi tələbələri ondan "Təfsiri-Kəşşaf” kitabını onlara tədris etməsini xahiş edirlər. Ustad onlarla razılaşır. Ancaq belə bir şərt qoyur ki, hər kim bu təfsir dərsində iştirak etmək istəyirsə, mütləq özü ilə "Təfsiri-Kəşşaf” kitabını gətirsin. Beləliklə, həftənin müəyyən bir gününü təfsir dərsinə ayırırlar.

Qərar qoyulmuş gün gəlib çatır. Tələbələr dərsdə iştirak üçün dərs otağına toplaşırlar. Tələbələrin arasında təqva və müqəddəslikdə tanınmış bir nəfər də var idi. Hamı ona çox hörmətlə yanaşırdı. Həmin tələbə şərtə əməl etməyib, o gün özü ilə kitab gətirməmişdi.

Axund dərsinə başlayır. Sonra göz gəzdirir ki, görsün kim şərtə əməl edərək kitab gətirib və kim əməl etməyərək kitab gətirməyib. Ustad, tanınmış tələbənin kitab gətirmədiyini görür. Ondan soruşur: - Kitabın hardadır?

Tələbə "gətirməmişəm”-deyə cavab verir.

Mərhum Axund onu bərk danlayır. Belə ki, bütün tələbələr ustadın təqvasına şübhə edirlər və narahat olurlar.

Ustad əsəbləşəndə heç kəs ondan bir söz soruşmağa cürət etmirdi. Hadisədən bir neçə gün ötdükdən sonra onun xüsusi və yaxın şagirdlərindən biri (zahirən mərhum Xorasani) ustada deyir: - Ağa! O tələbəni siz nə üçün bu qədər incitdiniz? O, tələbələr arasında müqəddəslikdə və təqvada məşhurdur.

Axund Kaşi Hafizin şerindən bu hissəni oxuyur:

Sən tük görürsən, mən tükün hörgüsünü

Sən qaş görürsən, mən qaşın işarəsini

Ustad bundan artıq heç bir söz demir və heç bir açıqlama vermir.

Bu hadisdən çox keçmir ki, Molla Axund Kaşi vəfat edir. Onun vəfatından iki həftə sonra tələbələr müqəddəsliklə məşhur olan tələbənin vəsaitlərinin Timavər mədrəsəsindən çölə atıldığının şahidi olurlar.

Məlum olur ki, o tələbə babilik və bəhailiyin təbliğçisi imiş. Ustad bərzəxi gözü ilə onun ürəyini görmüş, zehnini oxumuşdu.

Bu hadisədən sonra Ustad Axund Kaşinin təqvasına şübhə ilə yanaşan tələbələr tövbə edirlər.

Qaynaq: "Dastanhayi əz mərdani Xuda”, səh. 113-114.

Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031