Təvəkkül nə deməkdir? Təvəkkülün amilləri hansıdır?
Mьəllif: admin1
Tarix: 29-05-2021, 10:19
Təvəkkül nə deməkdir? Təvəkkülün amilləri hansıdır?
Təvəkkül dedikdə bəndənin bütün işlərində qəlbən Allaha etimad etməsi nəzərdə tutulur. Təvəkkül – Allah yolçularının mənzili, əhli-yəqinin ən üstün dərəcəsidir.

Bəs hansı amillər səbəb olar ki, Allaha təvəkkül edək?

1. İnsanın öz zatının ehtiyaclı olmasına əminliyi. "Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil”. ("Fatir” 15).

2. Allahın qadir olduğuna yəqinliyə çatmaq. "Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir”. ("Ənam” 17).

3. Allahın alim olduğuna yəqinliyə çatmaq. "Buna görə də tezliklə (əzab nazil olanda və digər aləmdə) sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir”. ("Ğafir” 44).

4. Allahın həqiqi Səbəb olduğuna yəqinlik. "De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar»”. ("Əhzab” 17).

5. Təvəkkül etməyi səadət mənbəyi bilmək. "Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("İbrahim” 12).

6. Allahın həqiqi Raziq olduğuna yəqinlik. "Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər”. ("Nəhl” 73).

7. Allahın mütləq hakim olduğuna yəqinlik əldə etmək. "De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan,(istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»”. ("Muminun” 88).

Əgər bu amilərə diqqət edilərsə, insan hər bir işində ancaq Allaha təvəkkül edər. Təvəkkül yolunda olan maneələr aradan qalxar.



/Deyerler.org/


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930