İnanclı şəxs həyati anlarda hansı meyara əsasən imtahan edilir?
Mьəllif: admin1
Tarix: 6-05-2023, 11:35
İnanclı şəxs həyati anlarda hansı meyara əsasən imtahan edilir?
Quranda insanların imtahana çəkilməsi belə buyurulur:

"Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.” (Bəqərə -155)

Quranda nazil olan imtahanların hikməti belə açıqlanır:

"(Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!” (Taha- 131)

Yenə buyurulur:

"(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.” (Tövbə-55)

Bəs bu imtahanlar hansı əsaslara və meyarlara əsasən verilir və nazil edilir?

Üsuli-Kafi əsərində (2, 252) İmam Əlidən (ə) bu barədə belə bir hədis gəlib:

"Mömin bu dünyada öz dini miqdarında (imanı miqdarında) imtahana çəkilər."

Bu isə o deməkdir ki, Allah möminləri imtahan çəkən zaman onları gücü çatmayacağı çətin imtahana cəlb etmir.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930