Bəndə namazda nələri hədəfləməlidir?
Muhəmməd ibni Sənan nəql edir: "İmam Rzaya (ə) sual verirlər ki, namazın vacib olmasının sirri nədir və Həzrət (ə) buyurur: "Namazın vacib olmasının sirri ibarətdir:
Allah Təalanın rübubuyyətini etiraf etmək, Cəbbar Cəl və Cəlalın qarşısında xar və ehtiyaclı halda dayanmaq, günahı etiraf etmək, onlara görə bağışlanma istəmək, Allah Təalanı böyük tutmaq və təzim etməyə xatir hər gün üzünü beş dəfə torpağa qoymaq, Allahı yada salmaq və Onu unutmamaq, Cənab Haqq qarşısında təvazökar və itaətkar olmaq, dininin və dünyasının çoxalmasını istəmək, gecə və gündüzü Allah Təalanın zikrini davamlı etməkdir. Ta bu yolla bəndə öz Xaliqini və Sərvərini unutmasın ki, ona üsyankarlıqla sonlanmasın. Bəndənin Allahı yada salmasında fayda vardır ki, günaha nifrət edər və bais olar ki, müxtəlif fəsadlardan kənarlaşsın””. Allah Təala bizləri namaz əhlindən qərar versin, inşəallah. /Deyerler.org/ Oxşar xəbərlər
|