Kərbəlanın birinci şəhidi Əli Əkbərin həyatına qısa baxış
Mьəllif: admin1
Tarix: 17-04-2019, 10:12
Kərbəlanın birinci şəhidi Əli Əkbərin həyatına qısa baxış
Bu gün şaban ayının 11-i İmam Hüseynin böyük oğlu Kərbəlanın birinci şəhidi Əliyyi Əkbərin mövlud günüdür.

Hıcrətin altımış birinci ili, Aşura günü Bəni haşimdən meydana çıxıb, birinci şəhid olan Həzrəti Əli Əkbərdir(ə).

Adı Əli, atası Huseyn (ə), babası Həzrəti Əlidir (ə). Anası Leyla adında nəcib xanımdır. İmam Hüseynin (ə) böyük oğludur. Künyəsi Əbəl-Həsən, ləqəbi Əli Əkbərdir. Bəni-Haşimdə Həzrət Peyğəmbərə (s) ən çox oxşayan Əli Əkbərdir (ə).

Bəzi səhih isnadlara görə o həzrətin Kərbəlada iyirmi beş yaşı olub. Kərbəla faciəsində Bəni-Haşimdən birinci şəhid olan kəsdir.

Həzrəti İmam Hüseyn (ə) yolda bir dayanacaqda dayanan karvanına su götürüb hərəkət etmək əmri verdi. İmam (ə) atına minib yola düşəndə Allaha həmd səna edib, Allahdanığ və ona doğru qayıdacayıq ayəsini oxudu.

Əli Əkbər (ə) soruşdu: Atacan niyə bu ayəni oxudun? İmam (ə) buyurdu: Yuxuda bir atlı gördüm ki deyir: bu gedən dəstənin ardınca ölüm gedir.

Sonra İmam (ə) Əkbərə (ə) dua edib dedi: Allah, bir övladın atadan ala biləcəyi ən gözəl hədiyyəni və əcri sənə veribdir.

Həzrəti Əli Əkbər (ə) imanında, atsına bağlılığda, xüsusən də dövrünün imamına bağlılığda bir nümunə olmağla bərabər həm də şücaət və qəhrəmanlıq rməzi idi. O (ə) öz imamından izin istəyib bir neçə dəfə döyüş meydanına girir.

Əli Əkbərin (ə) mübarək məzarı Kəbəlada Atasının (ə) yanındadır. O cənabın da başı dıgırləri ilə birgə İbni Ziyadın sarayına ordan da Yezid sarayına aparılmışdı.

Allah Rəsuluna (s) və onun Əhli Beytinə (ə) ehtiram vacıbdir. Onlar (ə) yer üzündə Allah dinin dayağıdırlar. Necəki Əli Əkbər (ə) şəhadətə yetişəndə İmam Hüseyn (ə) Onun (ə) başını dizlərinə qoyub dedi: Allah səni qətlə yetirən dəstəni öldürsün, onlar həddi aşdılar, Allah rəsulunun ehtiramını sındırdılar.

Həzrəti Peyğəmbər (s) və onun pak Əhli Beyti (ə) yer üzündə Allah dininin dayağı, bəşəriyyətə doğru yol göstərəndir. Onlar (ə) dərin idoloji məktəb, mənəvi rəhbərdirlər.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031