Allahın nemətləri müqabilində şükr etmənin ən sadə yolu
Mьəllif: admin1
Tarix: 6-05-2023, 11:45
Allahın nemətləri müqabilində şükr etmənin ən sadə yolu
Şükr bir neçə müstəvidən ibarətdir. Onun ən yuxarı mərtəbəsi Allahın əmr etdiklərini tam formada yerinə yetirmək və çəkindirdiklərindən tamamilə uzaqlaşmaq.

Çünki Allah nemət veribsə bəndədən də nələrisə istəyir. Belə olan halda bəndə onun vacib saydıqlarına əməl etsə və haram buyurduqlarından uzaqda dursa bu ən yuxarı şükr məqamıdır.

Şükrün ikinci məqamı budur ki bəndə yalnız ona nemət veriləndə onu dilə gətirər, əllərini səmaya qaldırıb ürəkdən təşəkkür edər.

Onun üçüncü məqamı isə budur ki bəndə şükrü dilə gətirmir, lakin ürəyində Allahın verdiyi nemətlərə etiraf edir. Bəndə heç olmasa şükrün bu pilləsinə çatmalı, ona verilən nemətləri görməli, dilə gətirib namaz qılmasa da, münacat oxumasa da heç olmasa ürəyində belə bir nemətin pərvərdigar tərəfindən gəldiyini etiraf etməlidir.

Bu şükr etmənin ən sadə yoludur. Bu da olmasa bəndə tam təkəbbürlü biridir demək. O əlinə gələnlərin hamısının öz fərasəti ilə əldə etdiyini düşünür. Bu, insanın mənəvi baxımdan süqut etdiyini göstərir.

İmam Səccad (ə) buyurur: "Pak və münəzzəhdir O Allah ki, nemətə etiraf etməyi həmd və şükr kimi qərar verib. Pak və münəzzəhdir O Allah ki, şükr etməkdən aciz olmağa etiraf etməyi də şükr kimi qərar verib." ( Tuhəful-Uqul səh- 283)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930