HƏYATDA İNTİZARIN PSİXOLOJİ TƏSİRİ – QƏLƏBƏLİK ARZUSU
Mьəllif: admin1
Tarix: 8-05-2017, 21:30

HƏYATDA İNTİZARIN PSİXOLOJİ TƏSİRİ – QƏLƏBƏLİK ARZUSU

 "İntizar”, ümid və arzu mənasını daşıyır.[1] Başqa sözlə, "intizar”, insanın mövcud vəziyyətdən narahat olaraq yaxşı vəziyyətin yaranması ümidilə gözlədiyi hala deyilir. Məsələn, sağalmaq intizarını çəkən xəstə mövcud vəziyyətdən, yaxud övladının səfərdən qayıtmasının intizarını çəkən ana övladının ayrılığından narahatdır və hər ikisi bu vəziyyətin sona çatmasını gözləyir. Yaxşı vəziyyətin yaranmasına ümid bəsləmək, təbiət aləminin ümumi cərəyanına və tarixin təkamül seyrinə nikbin olmaq, daha parlaq gələcəyə inanmaq rəvayətlərdə "imam Mehdinin (ə.c) zühurun intizarını çəkmək” ifadəsi ilə işlənmişdir. "Zühurun intizarını çəkmək” İslamın ümumi əsaslarından, yəni Allahın lütf və mərhəmətindən, ümidsizliyin haram olmasından qaynaqlanmışdır. Qurani-Kərimdə buyurulur:

...وَلاَ تَيْأَسُواْ مِن رَّوْحِ اللّهِ إِنَّهُ لاَ يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ

"...Allahın mərhəmətindən ümidinizi qırmayın. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.”[2]

İmam Əmirəlmöminin Əlinin (ə) kəlamında da Allahın lütf və mərhəmətinə ümid bəsləmək təcəlla etmişdir: "Zühurun intizarını çəkin və Allahın lütf və mərhəmətindən ümidinizi üzməyin. Çünki Onun dərgahında ən fəzilətli əməl zühurun intizarını çəkməkdir.”[3]

Ayə və rəvayətlərə əsasən, Allah-Taala müsəlmanlara və məzlumlara qələbəlik vəd etmişdir. Bu vəd imam Zamanın (ə) qeybə çəkildiyi əsrdə intizarçıların fərdi və ictimai həyatında mühüm təsirlər bağışlayır. Belə ki, intizarçılar haqqın batilə qələbəsi ümidi ilə özü və cəmiyyətin islahı ilə məşğul olur, çətinliklər, zülm və tüğyan müqabilində müqavimət göstərir. Psixoloji baxımdan qəti qələbəlik vədəsi zühurun intizarını çəkən şəxsdə ruhi-psixoloji müqavimət yaradır. Odur ki, intizarçılar tarix boyu böyük imkanlara və hərbi təchizatlara malik olmasalar da, yüksək əhval-ruhiyyə ilə ən böyük və mütərəqqi qüdrətlərin diz çökməsinə qadir olmuşlar. Qüdrətli ölkələr elm, sənaye, texnologiya və hərbi təchizatlar sahəsində özlərini müsəlmanlardan üstün bilsələr də, ruhi-psixoloji baxımdan onlara məğlub olmuş və heç vaxt onlarla mübarizə apara bilməmişlər. Odur ki, Vilyam Henvi intizarı həyat amili hesab edərək yazır: "Əgər intizar olmasaydı, bəşər şam şöləsitək tədriclə ölüb, fanilər sırasına qoşulardı.”[4]

İslami rəvayətlərdə imam Mehdinin (ə.c) intizarında olanların böyük savabı haqda məlumat verilir. Bir nəfər imam Sadiqdən (ə) soruşdu: "Haqq hökumətin intizarını çəkdiyi halda dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?” İmam buyurdu: "O, Qaimin xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam Peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!” (Buna bənzər rəvayətlər çoxdur.)

2. Bəzi rəvayətlərdə deyilir: "O, Allah yolunda qılınc çəkən şəxs kimidir!”

3. "O, Peyğəmbərin hüzurunda qılıncla düşmən başına zərbə endirən şəxs kimidir!”

4. "O, Qaimin bayrağı altında olan şəxs kimidir!”

5. "O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!”

6. "O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!”

(İmam Mehdinin (ə) zühurunun intizarı ilə əlaqədar bu təşbeh və bənzətmələr düşmənlə mübarizəyə və cihada daha artıq şövq yaradır.)

7. Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır. Misal üçün, bir hədisdə Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur:

اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ

"Ən fəzilətli əməl zühurun intizarını çəkməkdir!”[5]

 

Rza Şükürlü (Maide.az)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031