Hədislərdə "şeytan nəcvası" deyilən günah nədir?
Həqiqətən üç nəfər bir yerdə olanda iki nəfərin bir-biri ilə piçilti ilə danışması o bir nəfərə üçün narahat verici haldır.
Allah Rəsulu (s) uyurub: قَالَ النَّبِيُّ : "إِذَا كُنْتُمْ ثَلاَثَةً، فَلاَ يَتَنَاجى رَجُلاَنٍ دُونَ الآخَرِ حَتَّى تَخْتَلِطُوا بِالنَّاسِ أَجْلَ أَنْ يُحْزِنَهُ" "Əgər üç nəfər olsanız, ta başqa insanlara qarışana qədər ikisi bir-biri ilə pıçıldaşmasın. Çünki bu üçüncüyə əziyyət verər, onu qəmgin edər." Digər bir hədisdə nəcvanın (insanların arasında pıçıldaşmaq) şeytan işi olduğu bildirilir. Əhli Beyt (ə) məktəbində demək olar ki, insan həyatının bütün fəaliyyət sahələrini əhatə edən dəyərli kəlamlar mövcuddur. Fərqi yoxdur insanın fərdi həyatını əhatə etsin, ya içtimai həyatını. Bu mübarək kəlam insana diqqətli olmağı öyrədir.İnsanların biri birinə diqqətlı olmasını təlim edir. İnsanın xeyri onun maddi və mənəvi yönünü əhatə edirsə, zərəri də o cürdür. Zərərin də maddi və mənəvi yönləri vardır. İnsana dəyən mənəvi zərərin qiyməti heç də, maddi hesabla ölçülmür. Əksinə mənəvi dəyərlər daha yüksəkdir. Çünki insanın həqiqətini onun mənəvi aləmi təşkil edir. Ümumiyyətlə aləmdə heçnə yox olmur nəzəri ilə baxsaq, xeyr və şərlər də yox olmur.Sadəcə nə vaxtsa başqa bir formada insanın qarşısına çıxır. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (Zəlzələ 7-8) Oxşar xəbərlər
|