Həcərul-əsvəd nəyin sirrini saxlayır?
Abdullah ibni Sənan nəql edir: "İmam Sadiqin (ə) xidmətində olanda ərz etdim: "Qurbanın olum, təvafda olan zaman Ali-Ömərdən olan biri Həcərul-əsvədi məsh edən bir kişiyə dedi: "Ey Allah bəndəsi! Sənin həccin batildir. O şeyi ki, sən məsh edirsən – daşdır, nə ziyanı vardır və nə də faydası”.
İmam (ə) buyurdu: "Yalan deyir, yalan deyir, yalan deyir. Qiyamət günü Həcərul-əsvədin iti və danışan dili olacaqdır ki, onu məsh edən insanlara ki, bu yolla əhdə vəfa etdiklərini bildirmişdilər, vəfadar olduqlarını şəhadət verəcəkdir. O zaman ki, Allah Təala yeri və göyü yaradır, iki dəniz icad edir. Biri şirin və biri də acı. Adəmin (ə) türbətini şirin dənizdən yaradır, sonra acı dənizdən üstünə səpir. Sonra Adəmi (ə) ondan yaradır. O zaman ki, ona ruh üfürmək istəyir, onu xəyal kimi saxlayır və sağ çiynindən bir ovuc götürür və fasiləsiz olaraq qarışqa qədər kiçik bir hissə ondan ayrılır. Buyurur: "Bunlar behişt əhlidirlər”. Bir ovuc da sol çiynindən götürür və buyurur: "Bunlar cəhənnəm əhlidirlər”. Sonra Allah Təala əshabi-yəmini – sağ çiynindən ayrılmış hissəni və əshabi-yəsarı – sol çiynindən ayrılmış hissəni dilə gətirdi. Əshabi-yəsar dedi: "Pərvərdigara! Niyə atəşi bizim üçün yaratdın və haqqı bizim üçün aydın etmədin və bizə tərəf rəsul məbus etmədin?”. Allah Təala onlara buyurur: "Ona görə ki, sizin cəhənnəmə gedəcəyinizi bilirəm”. Allah atəşə əmr etdi ki, isinsin. Atəş isindi və şölələndi. Sonra onlara buyurdu: "Cəm halında atəşə daxil olun ki, mən onu sizin üçün soyuq edəcəyəm”. Onlar deyirlər: "Pərvərdigara! Biz Səndən soruşanda ki, niyə atəşi yaratmısan, məqsədimiz ondan qaçmaq idi. İndi bizə əmr edirsən ki, ona daxil olaq. Əgər əshabi-yəminə də bu əmr versən, ona daxil olmazlar. Allah Təala atəşə əmr etdi ki, isinsin və şölələnsin. Ondan sonra əshabi-yəminə əmr etdi ki, isinmiş atəşə daxil olsunlar və atəş onlar üçün soyuq olacaqdır. Sonra onların hamısına buyurdu: "Məgər Mən sizin Pərvərdigarınız deyiləmmi?”. Əshabi-yəmin öz meyilləri ilə dedilər: "Əlbəttə ki!”. Əshabi-yəsar kərahət üzündən dedilər: "Əlbəttə ki”. Allah-Təala onların hamısından əhd aldı və onları özlərinə şahid qərar verdi. Həcərul-əsvəd o zaman behiştdə idi. Allah Təala onu çıxartdı və xəlqin əhdini (ora) saldı."Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır). Hamı Ona tərəf qaytarılacaqdır”. ("Ali-İmran” 83). O zaman ki, Allah Təala Adəmi (ə) behiştdə sakin etdi, o, büdrədi. Allah Təala Həcəri behiştdən yerə endirdi və onu Öz beytində qərar verdi. Cənab Adəmi (ə) behiştdə Səfa dağına endirdi. Adəm (ə) müəyyən müddət orada dayandı. Sonra Həcəri beytdə görüb, onu tanıdı. Verdiyi əhdini xatırladı. Ona görə də Həcərin yanına gəldi və özünü sürətlə ona çatdırdı. Sonra özünü onun üstünə atdı və 40 səhər ağladı. Xatasına görə tövbə etdi və əhdini pozduğuna görə peşmançılığını bildirir. Ona görə də əmr olunmusunuz ki, nə zaman Həcərül-əsvədi məsh etdiniz, deyin: امانتی ادّیتها و میثاقی تعاهدته لتشهد لی بالموافاة یوم القیامة /Deyerler.org/ Oxşar xəbərlər
|