Valideynə itaətsizlik insanı yoxsul və zəlil edər
Mьəllif: admin1
Tarix: 28-05-2021, 23:45
Valideynə itaətsizlik insanı yoxsul və zəlil edər
İmam Əli Nəqi (ə) buyurur: "Valideynə itaətsizlik etmək yoxsulluğa səbəb olar və insanı xarlıq və zillətə çəkər”.

Ayətullah Müctəhidi Tehrani bu hədisin şərhində buyurur: "Hədislərin bir çoxu valideynə ehtirama işarə etmişdir. Cərih abid ilə anasının dastanı kimi.

Cərih Bəni-İsrayildən olan bir abid idi və məbəddə ibadət edərdi. Bəni-İsrayil arasında məhşur idi. Bir gün anası məbədə gəlir və Cərihi səsləyir, ancaq Cərih anasına cavab vermir.

Anası onu namaz qılan halda görür və qayıdır. İkinci dəfə gəlir və onu səsləyir və Cərih anasının səsinə etina etmir. Anası ikinci dəfə də əliboş geri qayıdır.

Anası üçüncü dəfə gəlir və Cərihi səsləyir, ancaq onu yenə də namaz halında görür. Bu zaman anası onun əlindən narahat olur və deyir: "Allahdan istəyirəm ki, səni xar və zəlil etsin”.

Sabahısı günü əxlaqsız bir qadın qucağında bir uşaqla gəlir və məbədin qarşısında əyləşir. İddia edir ki, bu uşaq Cərihdəndir. İnsanlar deyirlər: "Cərih bizi zinadan çəkindirdiyi halda, özü zina edirmiş”.

Xəbər padşaha gəlib çatır və padşah əmr edir ki, onu bu çirkin əməlinə görə dara çəksinlər. Cərihin anası bunu eşidir və narahat olaraq üzünə vurmağa başlayır. Bu zaman Cərih anasına deyir: "Anacan, ağla ki, bu bəla – sənin etdiyin nifrinə görədir”.

Bəni-İsrayil Cərih ilə anası arasında olan söhbəti eşidəndə başa düşürlər ki, mövzu başqadır.

Cərihin günahsız olduğunu bilirlər və uşağı onun yanına gətirirlər.

Cərih ona deyir: "Atan kimdir?. Körpə uşaq cavabında deyir: "Filankəs”.

Bu vasitə ilə Cərihin günahsız olduğu aşkar olur. Cərih də and içir ki, anasına xidmət edəcəkdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930