Mələklərin xoş ətrinin mənbəyi
Peyğəmbərin (s) zövcəsi Ümmu-Sələmə deyir: Allahın Elçisindən eşitdim ki deyir:
Hər zaman bir qrup bir yerə toplaşıb, Əlinin fəzilətindən danışanda mələklər asimandan yerə enərlər. Həmin insanlar bir-birindən ayrılanda yerə enən mələklər yenidən asimana qalxarlar. Asimanda olan digər mələklər onlara deyər: Sizdən bizə xoş ətir gəlir. Belə ətir hiss etməmişik. Yerdən qalxan mələklər deyər: Biz Məhəmməd və Ali-Məhəmmədin fəzilətini deyən bir qrup insanın yanında idik. Biz onların ətiri ilə müəttər olmuşuq. İkinci dəstə mələklər deyər: Bizi yerə endirin Birincə dəstə mələklər cavab verər: Artıq onlar yoxdur və dağılışıblar. İkinci dəstə mələklər deyər: Elə isə bizi onların olduğu həmin məkana endirin ki təbərrük edək" Mənbələr: Ərbəin Əbil-Fəvaris-48 Yənabiul-Məvəddə-246 İhqaqul-Həqq 9, 502 Məvəddətul-Qurba 38 Biharul-Ənvar 38-199 Oxşar xəbərlər
|