Allahı necə tanımaq olar - İmam Baqirin (ə) dilindən
İnsanların çoxsu Allahı tanıdığını iddia edir, lakin bunu bilmədəklərini də bilmirlər
Həzrəti Əli (ə) insanları bir neçə qismə bölür: Bildiyini bilənlər... Bilmədiyini bilənlər Bildiyini bilməyənlər Bilmədiyini bilməyənlər. Həzrət Əlinin (ə) bu qısa və mürəkkəb kəlamı həqiqətəndə hikmətlə doludur. Qısa bir kəlam demək olar ki, bütün insan fərdlərini özündə ehtiva edir. Ümumi insan düşüncəsini bükülü şəkildə xarakterizə edir. İnsanlar öz baxış və düşüncəsinə görə müxtəlifdir. Kimsə öz düşüncəsini dərindən təhlil edir, müqayisə edir, sonra hər hansi bir şey barəsində qərar qəbul edir. Bir qism insanlar isə dərin təhlil etmədən, müqayisə etmədən, araşdırma aparmadan öz fikrini dilə gətirir və başqalarını da buna inandırmağa çalışır. Yəni belə desək insanlar hansısa xüsusi mətləblərdə nə qədər araşdırmaçı, təhlil edən, dərin-dərin fikirləşən olsa da belə, ümumi mənada bu dörd haldan xali deyillər. Xüsusəndə Allahı tanımaq barəsində. İnsanların çoxsu Allahı tanıdığını iddia edir, lakin bunu bilmədəklərini də bilmirlər. Və nəticədə müxtəlif fikirlər, müxtəlif düşüncələr, müxtəlif fəlsəfi, əqli cərəyanlar, müxtəlif məzhəb və təriqətlər meydana gəlir. İmam Baqir (ə) Allahı tanımağın həqiqəti barəsində buyururur: تَصْدِيقُ اللّهِ عَزَّوَجَلَّ و َتَصْدِيقُ رَسُولِهِ صلی الله علیه و آله و َمُوالاةُ عَلِيٍّ علیهالسلام و َالِائْتِمامُ بِهِ و َبِاَئِمَّةِ الْهُدىٰ علیهم السلام و َالْبَرائَةُ إِلَى اللّهِ عَزَّوَجَلَّ مِنْ عَدُوِّهِمْ هٰكَذٰا يُعْرَفُ اللّهُ عَزَّوَجَل!!! Usuli kafi cild 1. Səh-180 Allah Təala bu cür tanınır: Onu təsdiq etmək ( dillə, ağılla, qəlblə ) peyğəmbəri təsdiq etməklə ( onun gətirdiklərinə tam inanmaq, şəriətinə əməl etmək, əxlaqından və həyat tərzindən nümunə götürmək), Əli (ə) ın və digər imamların (ə) imamətini qəbul etmək ( elm və düşüncədə onlara söykənmək) Əhli Beytlə (ə) düşmənçilikdən çəkinmək, Allaha pənah aparmaq. Həqiqətən İmam Baqirin (ə) bu kəlamına diqqət etdikdə insanın bütün ideoloji həyatını əhatə edir. Oxşar xəbərlər
|