İmam Zamanın (ə.f) doğum anının kəramətlərindən: O, ayə oxuyur
İmam Zamanın dünyaya gəlməsi mühüm tarixi hadisədir. Belə ki bu viladət hər hansı bir adi insanın doğum günündən fərqlidir. Çünki o, qiyamətə qədər yer üzündə Allahın höccəti hesab olunur.
İmam Zamanın doğum günündə baş verən qeyri-adi hadisələrdən biri də İmamın atası İmam Həsən Əsgərinin ağuşunda ikən Quran ayəsini dilə gətirməsidir. Şeyx Tusi əl-Ğeybə əsərində (səh-184) nəql edir: "Həkimə bint Muhəmməd əl-Cavad deyir: Onu (körpəni) qucağıma aldım. Gördüm ki təmizdir. Bu zaman Əbu-Muhəmməd (İmam Həsən Əsgəri) səsləndi: Bibi övladımı gətir! Onu atasının yanına apardım. Həzrət gözünün nurunu aldı. Dilini onun gözlərinə çəkdi və körpə gözünü acdı. Sonra dilini onun ağzına və qulaqlarına qoydu və onu sol qolu ilə tutdu. Allahın vəliyyi beləcə atasının əli üzərində oturdu. Əbu-Muhəmməd əlini onun başına çəkib buyurdu: İlahinin qüdrəti ilə mənlə danış! Körpə dilə gəldi: Qovulmuş şeytandan Allaha sığınıram. Mərhəmətli və Rəhimli Allahın adı ilə. Biz istəyirik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və varislər edək. Və onları yer üzündə yerləşdirib möhkəmləndirək, Firona, Hamana və ordularına onların qorxub çəkindikləri şeyi göstərək. (Qisəs 5-6) Bundan sonra o (körpə) Əziz Peyğəmbərə (s.ə) ailəsinə, möminlərin əmirinə və atasına qədərki bütün imamlara salam göndərdi”. (İslaminSesi) Oxşar xəbərlər
|