Burada heç kim yoxdur ki, məni görsün
Bir padşah vəzirinə deyir: - Sənin fikrincə, itin nəcisindən də pis bir şey vardırmı?
Vəzir bir az düşünür amma cavab tapa bilmir. Suala cavab tapmaq üçün padşahdan möhlət istəyir. O, şəhərdən qırağa çıxır. Səhrada qoyun otaran bir çobana rast gəlir. Vəzir çobandan hal-əhval soruşur, onunla bir az söhbər edir. O, çobanın düşüncəli bir insan olduğunu görür. Ona görə də ürəyini çobana açır, şahın verdiyi sualı çobandan soruşmaq qərarına gəlir və əhvalatı ona danışıb deyir: - İndi mən alim bir insan axtarıram ki, şahın bu sualına cavab verə bilsin. Çoban deyir: - Ey vəzir! Şah və onun cavabı o qədər də mühüm deyil. Səninlə daha önəmli bir məsələ haqqında danışmaq istəyirəm. Mən bu təpənin arxasında böyük bir xəzinə tapmışam. Gəl bir yerdə onu ələ keçirək və burada bir qəsr tikdirək. Ordu toplayaq və şahı taxtından salaq. Sən şah ol və mən də vəzir. Vəzir bunları eşidən zaman ağlı başından çıxır, özünü itirir. O, deyir: - Xəzinə haradadır? Gedək, onu mənə göstər. Çoban deyir: - Bu şərtlə qəbul edərəm ki, dilini üç dəfə mənim itimin nəcisinə sürtəsən. Vəzir tamahkar olduğu üçün bunu qəbul edir və öz-özünə deyir: - Burada heç kim yoxdur ki, məni görsün. Bu işi edəcyəm, xəzinəni ələ keçirdikdən sonra çobandan intiqamımı alacağam və onu öldürəcəyəm. Beləliklə, vəzir dilini itin nəcasətinə üç dəfə sürtür və soruşur: - İndi de görüm, xəzinə haradadır? Çoban gülərək deyir: - İndi qayıt, şaha de ki, itin nəcisindən də pis və murdar olan, tamah və tamahkarlıqdır. Oxşar xəbərlər
|