İmam Zamanın (ə.f) Əhli-beyt (ə) ardıcıllarına intizar göstərişləri
İmam Zamanın (ə.f) hədisləri əsasən Geybət-Numani, Geybət-Tusi, Kəmaluddin və Təmamun-Nimə kimi ilk əsrlərin mənbələrində gəlib.
Daha sonra o hədislər Biharul-Ənvar əsərində və son illərdə yazılmış Möcəm Əhadis əl-Məhdi əsərində cəm edilib. İmam Zamanın (ə.f) Əhli-beyt (ə) ardıcıllarına intizar haqda tövsiyələrini ehtiva edən 10 hədisi təqdim edirik: 1- Namaz kimi şeytanın burnunu yerə sürtən bir şey yoxdur. 2- Bizə olan məhəbbətiniz açıq-aydın olan sünnət yolunu (Peyğəmbərin yolu) tutmaqla yanaşı olmalıdır. 3- Biz sizin bütün xəbərlərinizdən agahıq, sizin məsələlərinizdən nəsə bizə gizlin deyil. 4- Fərəcin tezləşməsi üçün dua çox edin, Sizin fərəciniz də bundadır. 5- Bizim əmlakımızı əlinə alanlar ondan nəyisə özlərinə halal etsələr, elə bil atəş yeyirlər. 6- Sizə faydası olmayan məsələlər haqda sorğu-sualı bağlayın! Sizə lazım olmayan şeylər haqda bilmək üçün özünüzü zəhmətə salmayın! Zühur və fərəc üçün çox dua edin! 7- Əgər bizim şiələrimiz - Allah onları itaətlərində müfəvvəq eləsin - əhd-peymanlar və vədlərində bir olsalar, bizim onlarla görüşümüz təxirə düşməzdi, o zaman bizi görmək səadəti onlara nəsib olardı. Bizi onlardan həbs edib saxlayan onların nalayiq işləridir. 8- Amma baş verən hadisələrdə hədislərimizi bilənlərə müraciət edin! Onlar mənim sizin üzərinizdəki höccətlərim, mən də Allahın onlar üzrində olan höccətiyəm. 9- Bizi sevən bizim əməlimizə əsasən əməl etsin! Təqva və vərədən kömək alsın! Dünya və axirətin işində ondan ( təqva) yardım almaqdan yaxşı bir şey yoxdur. 10- Allahdan qorxun və bizə təslim olun! İşləri bizə qaytarın (həlli yolunu bizdən soruşun). Əmri vermək bizlikdir və onlarla bağlı iradları da biz aradan qaldırırıq, Sizdən gizli saxlanılan məsələlər barədə (12-ci imamın qeybi haqda) üstünü açmağa çalışmayın! Düz yoldan dönməyin! Bizə olan məhəbbətiniz açıq-aydın olan sünnət yolunu (Peyğəmbərin yolu) tutmaqla yanaşı olmalıdır. Oxşar xəbərlər
|