Nə üçün imam Hüseyn (ə) Yezidlə beyətdən qəti imtina edirdi?
Mьəllif: admin1
Tarix: 14-05-2017, 17:42

 Beyət nədir? Beyət Allahın dinini rəhbər tutan xəlifəyə tabeçiliyin izharıdır.


Məgər hansısa şərtlər irəli sürmək olmazdımı?

Əvvəla, hər bir tarixi qərar həssas bir dönəmdə bir sıra səbəblərdən ortaya çıxır və hər iki tərəf bu fürsəti əvvəlcədən gözləyir. Peyğəmbər (s) sünnəsindən kənarlaşma və imamların ədaləti aşuradan sonra çox-çox əvvəlki gerçəklik idi. Salman, Əbuzər, Əmmar kimi pak səhabələr fürsət düşən kimi xalqı oyatmağa çalışardılar. Amma elə tarixi məqam çatır ki, hər iki tərəf son söz demək qərarına gəlirlər. Müaviyənin ölümündən sonra artıq belə bir məqam yaranmışdı. İş o yerə çatmışdı ki, Yezid Allahdan vəhy nazil olmadığını, imam Hüseyn (ə) isə Yezid kimilərinin hakimiyyətdən kənarlaşdırılması zərurətini elan edirdi. Yezid imam Hüseyndən (ə) beyət tələb edir, imam Hüseyn (ə) isə "mənim kimisi onun kimisinə beyət etməz” deyirdi.
Beyətdən imtina edən imam Hüseynin (ə) dəlilləri kimsədə şübhə doğurmurdu. Hətta Yezidin əmisi oğlu Vəlid İmamın məntiqi qarşısında susurdu.
Beyət nədir? Beyət Allahın dinini rəhbər tutan xəlifəyə tabeçiliyin izharıdır. Quran "özünüzdən olan əmr sahiblərinə itaət edin” buyurur. Allahın qanunlarını hər addımda pozan Yezidə beyətin mümkünsüzlüyünü hamı bilirdi. Amma həqiqəti aşkar şəkildə imam Hüseyn (ə) izhar edə bildi. Bütün müsəlmanlar zilləti qəbul edib Yezidə beyət etsəydilər də, imam Hüseyn (ə) kimi kəramət və fəzilət sahibi zillət buxovunu taxa bilməzdi. 
İmam Hüseyn (ə) sözsüz ki, başqalarından fərqlənirdi. O, Peyğəmbər Əhli-beyti, mələklərin müsahibi, mərhəmət kölgəsi idi. İmam (ə) bir dəfə Fərəzdəqə buyurur: "Bu camaat Allaha itaətdən çıxıb, şeytana üz tutub. Onlar aşkar günah edir, hədləri pozurlar. Şərab içir, fəqir və kimsəsizlərin malını mənimsəyirlər. Din, izzət, şəriətə yardım, Allah kəlməsinin elanından ötrü cihad üçün ən layiqli fərd mənəm.” ("Təzkirətül-xəvas, s. 252.)
Yezid kimi rəzil bir varlıq Peyğəmbər (s) taxtında oturub, müsəlmanlara rəhbərlik etmək istədiyi vaxt İmamın qiyamdan başqa vəzifəsi yoxdur. Çünki onun beyət etməsi xalqın nəzərində haqsız bir hakimi haqlı edir. Bu məntiq İmamın Aşura günündəki çıxışında da təsdiqlənir: "And olsun Allaha! Nə qədər ki, üzüm qanıma boyanmış şəkildə Allahla görüşməmişəm, xalqın istəklərinə müvafiq cavab verməmiş oluram.” ("Sümuvvəl- məna”, s. 118.)
Sünni alimi Seyyid Qütb deyir: "Əməvilərin hökuməti islami xilafət yox, vəhy ilə uyuşmayan, cahiliyyət düşüncəsindən doğmuş istibdad rejimi idi. Bu hökumətin hansı əsaslarla möhkəmləndiyini bilmək üçün Yezidin beyət səhnəsinə baxmaq kifayətdir. Müaviyə Yezidə beyət almaq üçün xalq arasında bəzi qrupları dəvət edərək, onların münasibətini soruşur. Yezid ibn Müqəffə adlı bir şəxs ayağa qalxıb Yezidə işarə ilə deyir: "Müaviyə öləndə əmirəlmöminin budur. Kim bunu qəbul etməsə...” − sonra qılıncını göstərdi.
İmam Hüseyn (ə) öz qiyamı ilə Yezid hökumətinə İslamın münasibətini bildirdi. Əgər İmam beyət etsəydi, xalqda İslam hökuməti haqqında yanlış təsəvvür yaranardı.
 
 
Tw 
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031