Niyə behişt və cəhənnəm əbədidir?
İbni Haşim nəql edir: "Həzrət Əba Abdullahdan (ə) behiştlə cəhənnəmin cavidan olmasının sirri barəsində soruşdum.
Həzrət (ə) buyurdu: "Cəhənnəm əhli cəhənnəmdə ona görə əbədidirlər ki, niyyətləri bu olmuşdur: əgər dünyada həmişəlik olsalar, Allah Təalaya üsyan və itaətsizlik etsinlər. Behişt əhli ona görə cavidan behiştdədirlər ki, dünyada niyyətləri bu olmuşdur: əgər dünyada qalıcı olsalar, davamlı olaraq Allaha ibadət etsinlər. Ona görə də bu iki dəstənin niyyəti behişt və cəhənnəmdə əbədi olmaqlarına bais olmuşdur”. Sonra Həzrət (ə) bu ayəni tilavət edir: "De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir)”. ("İsra” 84). Buyurdu: Yəni, öz niyyət və qəsdinə görə”. Allah Təala bizləri niyyəti İlahi olanlardan qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|