Bərzəx aləminin sirləri
Mьəllif: admin1
Tarix: 6-03-2023, 10:32
Bərzəx aləminin sirləri

Bərzəx aləmi dünya və axirət arasında olan bir dünyadır. Ölən insanlar Qiyamətə qədər orada qalacaqlar.

Hər bir insan yer üzündəki rəftar və hərəkətinə uyğun olaraq, həmin dünyada qalacaqlar. Əgər əməli salehdirsə, rahatlıq içində yaşayacaqdır.

Həzrət Haqqın və mələklərin inayətinə layiq olacaqdır.

Quran buyurur: "O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər. Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır. Allahın kəlamlarında (Onun vədlərində) heç bir dəyişkənlik yoxdur”. ("Yunus” 63-64).

Beləliklə, demək olar ki, möminin ölüm anlarında Peyğəmbərin (s) və İmam Əlinin (ə) başının üzərində olması bərzəxin başlanğıcı və imanlı möminlərin şadlıq anlarıdır.

Belə bir hadisə olur: 2 böyük alim olur və onlar bir-biri ilə belə qərara gəlmişdilər ki, hansı biri o birisindən tez ölsə, bərzəx aləmi haqqında o birisinə xəbər verəcəkdir. Onlardan biri dünyasını dəyişir və o birisi isə bir müddət sonra onu yuxuda görür. Dostu soruşur ki, bu vaxta qədər harada idin?

Rəfiqi deyir: "Burada böyük bir bayram keçiririk. Başım ona qarışmışdı”. Rəfiqi soruşur: "Nə bayramı keçirirdiniz?”.

"Məgər xəbərin yoxdur ki, Şeyx Murtəza Ənsari dünyada vəfat etmiş və bura gəlmişdir. Onun bərzəxə daxil olması münasibətilə 40 gecə və gündüz bayram keçiririk”.

Bərzəx aləminin bəzi sirləri Peyğəmbər (s) tərəfindən meracda olan zaman kəşf edilmişdi. Şeyx Səduq nəql edir: "Həzrət Peyğəmbər (s) merac gecəsində yolunun üzərində Bələqa adlı bir yerə çatır və Cəbrayilə (ə) buyurur: "Susuzlamışam”.

Cəbrayil (ə) də su ilə dolu qabı ona verir. Həzrət (s) bu sudan içir, sonra həmin yeri arxada qoyurlar. Qəflətən Həzrət Peyğəmbər (s) bunları görür:

1. Bir qrup insanlar atəşdə qızdırlmış dəmir qarmaqlar vasitəsilə asılmışdılar. Cəbrayildən (ə) soruşur: "Bunlar kimdirlər?”.

Cəbrayil (ə) buyurur: "Bunlar o kəslərdir ki, Allah onları halal ruzi ilə ehtiyacsız etmişdi. Ancaq onlar haram mal əldə edirdilər”.

2. Sonra Peyğəmbər (s) oradan keçir. Bir qrup insanları görür ki, dərilərini atəşdən olan dəri soyanla soyurlar. Cəbrayildən (ə) soruşur: Onlar kimdirlər? Cəbrayil (ə) deyir: "Bu insanlar zina etmişdilər”.

3. Sonra Peyğəmbər (s) oradan da keçib gedir və yolda bir kişini görür ki, odundan olan yükü qaldırmağa çalışır və onu qaldıra biləməyəndə, bir odun da bu yükə əlavə olunurdu. Cəbrayildən (ə) soruşur ki, bu, kimdir?

Cəbrayil (ə) deyir: "Bu kişi borc alıbdır və borcunu vermək istəyir. Bu borcu vermək qüdrəti olmayanda borcu daha da artır”.

4. Sonra Peyğəmbər (s) oradan da keçib gedir. Beytul-müqəddəsin şərqində olan dağa çatır. Orada yandırıcı külək və dəhşətli səslər eşidir. Cəbrayildən (ə) soruşur: "Bu külək və səs nədir?”.

Cəbrayil (ə) deyir: "Bu külək - cəhənnəmin küləyidir. Bu səs də cəhənnəm quyusuna düşən böyük bir daşın səsidir ki, 70 il əvvəl bu daş həmin quyuya düşmüşdü”.

Həzrət Peyğəmbər (s) buyurur: "Cəhənnəm əzabından pənah aparıram”. Sonra Peyğəmbər (s) sağ tərəfdən xoş ətirli bir meh hiss edir, səs eşidir. Cəbrayildən (ə) soruşur ki, bəs bu ətir nədir və bu səs nədir?

Cəbrayil (ə) deyir: "Bu, behiştdir”. Həzrət Peyğəmbər (s) buyurur: "Allahın dərgahından behişti istəyirəm”. Peyğəmbərin (s) gözünün önündəki pərdə çəkilən zaman bərzəx aləmini müşahidə edə bilmişdi”.

İmam Sadiqlə (ə) bir yerdə biz də dua edək:

"Allahım, ölümü mənim üçün mübarək et.

Allahım, mənə ölümün çətinliklərində yardım et.

Allahım, mənə qəbir aləminin qəm və qüssəsində yardım et.

Allahım, məni qəbirin darlığında himayə et.

Allahım, mənə qəbirin qaranlığında yardım et.

Allahım, mənə qəbirin dəhşətində yardım et”.

Amin, ya Rabbəl-aləmin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031