Zühur edərkən İmam Zamanın (ə.f) oxuyacağı ilk xütbə
Mьəllif: admin1
Tarix: 15-05-2021, 10:45
Zühur edərkən İmam Zamanın (ə.f) oxuyacağı ilk xütbə
İmam Zaman zühur edən zaman ona yardım edən əsasən düşmənlərinin canına qorxu hissinin düşməsi olacaq. O qiyam edən zaman arxası Kəbə evinə olacaq və ətrafında 313 nəfər toplaşacaq.

İmam sözə başlayan zaman ilk bu ayəni oxuyacaq: "Əgər möminsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın saxladığı (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir.(Hud-86)".

Sonra İmam buyurar: Bilin ki mən Allahın yer üzündə saxladığı canişini və höccətiyəm. (Kəmaluddin, hədis-16)

İmam zühur edəndən sonra bir ayə oxuyaraq Bəqiyyətullah və Allahın höccəti olduğunu deyər. İmam Baqir (ə) buyurur ki, daha sonra bizim qaimimiz arxası Kəbə evinə olduğu halda belə bir xütbə oxuyar.

"Ey camaat biz sizi Allaha (Allahın dininə) yardıma çağırırıq. Siz camaatdan bizə cavab verənlər bilsinlər ki, biz sizin Peyğəmbəriniz Məhəmmədin Əhli-beyti, Allaha və onun peyğəmbərinə ən layiq olanıyıq. Adəmlə bağlı mənimlə mübahisə edən dəlil gətirsin!. Mən Adəmə ən layiq olanam.

Nuh barədə mənlə mübahisə edən dəlil gətirsin, mən Nuha ən layiq olanam. İbrahim barədə mənlə mübahisə edən dəlil gətirsin! Mən İbrahimə daha çox layiq olanam.

Məhəmmədlə bağlı mənlə mübahisə edən dəlil gətirsin! Mən Məhəmmədə ən layiq olanam. Peyğəmbərlər haqda mənlə mübahisə edənlər, mən Peyğəmbərlərə ən layiq olanam.

Allah kitabının möhkəm ayələrində buyurub: Allah, Adəmi, Nuhu, İbrahimin və İmranın ailəsini dünyadakılara üstün tutdu. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!. (Ali-İmran 33-34)

Mən Adəmdən, Nuhun və İbrahimin nəslindən və Məhəmmədin nəslinin seçilmişiyəm, Allah onların hamısına salam göndərsin! Agah olun! Allahın kitabı haqda mənlə mübahisə edən, bilsin ki mən insanların içində Allahın kitabına ən layiq olanam.

Agah olun! Alahın Elçisinin sünnəti haqda mənlə mübahisə edən bilsin ki mən onun sünnətinə ən layiq olanam. Bu gün burada eşidənlər burada hazır olanlar, sözümü qaib olanlara çatdırsınlar.

Allah, Peyğəmbərinin və öz haqqıma xatir sizdən istəyirəm ki, bizə kömək göstərəsiz və bizə zülm edənlərin qarşısında bizi dəstəkləyəsiz. Onlar bizi qorxutmaq və zülm etmək istəyirlər.

Onlar bizi və övladlarımızı öz diyarımızdan qovmuş, haqqımızı alıb, bizə zülm etmiş, batil əhli də bizim haqqımızda yalan danışımışlar.

Bizim haqqımız barədə Allahdan qorxun! Allahdan qorxun! bizi burxamayın və kömək edin və bilin ki Allah da sizə yardım edəcək" (əl-Geybə Numani səh-279-281, hədis-67)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031