Dünyanın iki cür xasiyyətli insanı
"Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadangəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə, bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayisə edilə bilməz)”. ("Nəhl” 76).
Biz adətən xasiyyətə çox əhəmiyyət veririk. Meyvələrin, bitkilərin, yeməyin, daşın xasiyyətinə. Lakin heç öz xasiyyətimiz haqqında düşünmürük. Bizim də xasiyyətimiz vardırmı? İnsanların xasiyyəti nədir? Əgər bir qədər ətrafımıza diqqət etsək, insanların xasiyyətini görə bilərik. Laboratoriyaya da ehtiyac qalmaz. İnsanların bəzisi rahatdırlar: yeyirlər, içirlər, tökürlər. Onlar üçün fərqi yoxdur ki, gördükləri işin başqalarına bir xeyiri və ya ziyanı vardırmı? Çünki bu şeylər onlara mühüm deyildir. Özlərini bu tərəfə və o tərəfə vurmaqlarının özü bir hünərdir. Heç bir zaman məsuliyyət altına girməzlər. Adətən asılı şəxsiyyətləri vardır. Ətrafında olan insanlar onlardan daima qaçarlar. Çünki əmrlərinin sonu yoxdur. Allah eləməsin, əgər onlardan kiçik bir şey istəsən öhdəsindən gəlmədiyi bir kənara, sənə ikiqat əziyyət verər. Əgər min dənə bıçaq düzəltsə, heç birinin qulpu olmaz. Onlarda nə stimul var, nə də hədəf. Hərəkət edən ət parçasıdırlar. Lakin onların qarşısında başqa bir dəstə insanlar durur ki, varlıqları xeyir və bərəkətlə doludur. Əməlləri, fikirləri, əqidələri başdan-ayağa xeyirdir. Adətən məsuliyyət qəbul edəndirlər. Heç bir zaman başqalarına yük olmazlar. Hamı onlarla rabitə qurmağa çalışar. Həyatlarında ali hədəfləri vardır. Yemək və yatmaq onlar üçün ikinci dərəcəli işdir.4 Allah Təala yuxarıdakı ayədə də bu iki dəstə insanı misal çəkərək, bizlərə tanıtmağa çalışmışdır. Buyurur ki, iki kişi var ki, onlardan biri laldır və əlindən heç bir iş gəlmir. O, Allahın üzərində olan yükdür. Nə zaman onu bir yerə göndərsələr, özü ilə xeyir gətirmir. Bu kişi ədalətlə iş görən və düz yolda olan başqa bir kişi ilə eynidirmi? Bəli, bu insanların biri kafir və o biri isə mömindir. Kafirlər elə insanlardır ki, Allah bəndəsi olmaq məsuliyyətini öhdələrinə götürmürlər. Allah dinini qəbul etməkdən çəkinirlər. Bu cür insanların namaz qılmağa, hicab taxmağa, oruc tutmağa hövsələləri yoxdur. Müsəlman olmamağı seçirlər. Lakin möminlər o kəslərdir ki, bəndəlikdə sabitqədəmdirlər. Əməl və danışıqları ilə başqalarını da bu yola dəvət edərlər. Bu insanlar necə eyni ola bilər ki? Oxşar xəbərlər
|