Allahın Mumin və Əli sifətləri hansı mənaları daşıyır?
Mütəal Allahın bəzi sifətləri ilə bağlı daxil olan sualı cavablandırır:
Əli: Əli ərəb sözü uca və böyük deməkdir. İbni -Əsir yazır ki, Əli vəsfi o varlığa verilir, ki hakimiyyətdə ondan üstünü yoxdur. Mütəal kəlməsi də bu kökdən alınıb və mənası budr ki Allah yalançıların yalanlarından vəsf edənlərin vəsfindən də böyükdür. Əli vəsfi Quranda 5 dəfə "Kəbir" (böyük), "Əzim" (əzəmətli), "Həkim" (hikmətli) sözlərinin ardında gəlib. Mənası uca və böyük deməkdir. Mumin: Bu kəlmə ərəb dilində "Əmn" (əmin-amanlıq) kəlməsindən əxz edilib. Allahın mumin sifəti Mütəal Allahın qiyamətdə möminlərə əmin amanlıq verəcəyini izah edir. Mumin kəlməsinin inanclı bir insan üçün istifadə edilməsi, o insanın iman gətirməsi ilə izah olunur. Allahın mumin sifəti Quranda bir dəfə qeyd edilib. Oxşar xəbərlər
|