Sədaqət və doğruluq insanlığın sütunudur
Mьəllif: admin1
Tarix: 21-01-2024, 11:11
Sədaqət və doğruluq insanlığın sütunudur
Doğruçuluq, düzdanışmaqlıq İlahi dinlərin insanlara təkidlə tövsiyə etdiyi əxlaqı sifətlərdəndir.

Hətta demək olar ki, bu sifət insanın bütün daxili, mənəvi aləmini özündə xarakterizə edir. Çünki bəzən özümüz də müşahidə edirik ki, insan nə qədər xeyirxah, yaxşı əməl sahibi olsa da, əgər onda yalançılıq sifəti varsa etdiklərini dəyərsiz edir.

Bu sifətlə özünü etibardan salır. Onun bütün etdiklərinə və dediklərinə şübhə ilə yanaşılır.

Düz danışmaqlıq nə qədər insanı ucaldıb, cəmiyyətdə etibarlı və əmanətdar bir şəxsə çevirirsə yalançılıq da insanı bir o qədər alçaldır. Bu iki xislətin insanın ümumi xarakterini necə ehtiva elədiyini mübarək hədislərimiz də təsdiq edir.

"Doğruluq bütün işlərin mayesidir, yalan bütün pis işlərin açarıdır”

Bu əsasla əgər insan bütün söz və hərəkətlərini düzlük və doğruçuluq təməlləri üzərində qursa, yalan, fəsad və etibarsızlıq ondan uzaq olar. Cəmiyyətdə etibar qazanar.

Yaşından, tutduğu mövqeyindən, əqidəsindən asılı olmayaraq hər kəs ona dəyər verər. Ona etimad edər. Onu əmanətdar bilər. Necəki Peyğəmbər (s) hələ gənc yaşlarında yaşadığı insanlar arasında Əmin ləqəbini qazanmışdı.

Allah Təala doğruluğa dəyər verir möminləri doğruçularla birgə olmağa çağırır. Çünki doğruçuluq elə bir sifətdir ki demək olarki bütün müsbət insani keyfiyyətləri özündə cəm edib.

"Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun!" Tövbə-119

Bu şərif ayədə doğru olanlardan məqsəd bütün işində, sözündə, əməlində, rəftarında, imanında, əqidəsində zərrə qədər yalana meylli olmasın. Bütün vücudu doğruluqla yoğrulmuş olsun.

Sədaqət və doğruçuluq bünün dünya və axirət xeyirlərinin açarıdır. Onlarsız insan üçün heç bir yüksəliş, heç bir səadət və xoşbəxtçilik yoxdur. İstər dünya işlərində olsun, istər etiqadi məsələlər də olsun.

Həzrəti Əli (ə) buyurur: Doğruçuluq islamın sütunu, imanın əsasıdır.



Y.NURİYEV
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930