Axiruzzamanda tapılması çətin olanlar
İmam Zamanın zühurunu mühəyya edən əsas amil zülmün yer üzünü bürüməsidir.
Qiyamətə bir gün qalsa belə Allah o son günü uzadar ki Peyğəmbərin nəslindən və onun adını daşıyan Mehdi zühur edib, yer üzündə ədaləti doldursun. Ondan öncə dünya nizamı bir-birinə dəyməsə də ictimiayyətin nizamı aradan gedər və dəyərlərin əhəmiyyəti itər. O zaman insanlar öncəki nəsillərin əldə etdiklərinə həsrət qalacaqlar. Hədislərin birində Peyğəmbər həmin zamanda tapılması çox çətin olacaq iki şeydən söz açır. Allahın Rəsulu buyurur: "Axiruzzamanda ən az tapılan etibar ediləsi qardaş və halal dirhəm olacaq". (Tuhəful-Üqul, hikmət-141) Oxşar xəbərlər
|