Müsəlman yoxsulluqla barışmamalıdır
Mьəllif: admin1
Tarix: 19-05-2022, 23:22
Müsəlman yoxsulluqla barışmamalıdır
Yoxsulluq cəmiyyətin ən böyük bəlasıdır ki, tarix boyu onun ətəyindən yapışmışdır. Bəşər bu böyük bəla ilə mübarizə aparmış, ancaq ona qalib gələ bilməmişdir.

Quranın nəzərinə görə, müsəlman yoxsul olmamalıdır. Səy edib və çalışıb bu vəziyyətdən çıxmağa çalışmalıdır. Allah buyurur: "Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən Allah bilən və hikmətlidir”. ("Tövbə” 28).

Bu ayədən göründüyü kimi, hər bir müsəlman yoxsulluğu aradan qaldırmaq üçün çalışmalı və zəhmət çəkməlidir. Hədislərdə oxuyuruq ki, yoxsulluğun ziyanları çoxdur. İmam Əli (ə) də yoxsulluğu cəmiyyətin çirkin fenomeni kimi tanıtmışdır.

Həzrət (ə) buyurur: "Qəbir - yoxsul olmaqdan daha yaxşıdır”. Yaxud: "İki şey insanı həlak edər: yoxsulluq qorxusu və şöhrət istəmək”.

İmam (ə) bu fenomenin gətirdiyi pis nəticələrə işarə edir və müxtəlif tövsiyələr verir. İmam (ə) Muhəmməd ibni Hənəfiyyəyə buyurur: "Oğlum! Sənin yoxsulluğuna görə qorxuram. Ondan Allaha pənah apar! Çünki yoxsulluq insanı naqis və ağıl və düşüncəsini səksəkəli, insanları ona qarşı və onu insanlara qarşı bədbin edər”.

İmam (ə) buyurduğu kimi yoxsulluq insana çox sayda ziyan vurur. Ağlına və dininə böyük zərbə vurur. Əgər bu iki sərmayəni insandan alsalar, dini və ictimai mövqesini əldən verər. Nəticədə faydasız bir fərdə çevrilir ki, bunun özü də bir növ ölümdür.

Yoxsulluq cəmiyyəti təhdid edən ən böyük bəlalardan biridir. Əgər müalicə olmazsa, nəticədə mənəviyyatını əldən verər və məhvə doğru gedər.

İslam dini kamil din olaraq cəmiyyəti bu bəladan qorumaq üçün bəzi vacib hökmlər vermişdir ki, əgər cəmiyyət ona əməl edərsə, yoxsulluğu aradan qaldırmaq olar. Xüms kimi, zəkat kimi, sədəqə kimi, ehsan kimi.

İmam Əli (ə) yaşadığı müddətdə həmişə əli yoxulların üzərində olmuşdur. Xurma bağlarından gələn gəliri onlara xərcləyir və yoxsulların sayını azaltmağa çalışırdı.

Heç bir müsəlman yoxsul olması ilə barışmamalıdır. Allahın biz insanlara əta etdiyi qabiliyyət və məharətlərin vasitəsilə çalışaq və səy göstərək. Əgər zəhmət çəksək, tər töksək, heç kimə möhtac olmayıb, ailəmizin ehtiyacını ödəyə bilərik.

Bunun üçün ilk növbədə Allaha pənah aparaq və yoxsulluğa dinimizi və mənəviyyatımızı aradan apara biləcək bir bəla kimi nəzər salaq. Sonra isə bütün səylərimizi işə salaq.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031