Peyğəmbər (s) bu insanlara qovuşmaq arzusunda olub
Mьəllif: admin1
Tarix: 20-05-2022, 11:09
Peyğəmbər (s) bu insanlara qovuşmaq arzusunda olub
Görəsən Peyğəmbər (s) və İmamlarla (ə) bir dövürdə yaşayıb onlara iman gətirənlərlə, üstündən yüzilliklər keçəndən sonra zəhirən bir yerdə olmayan axiruzzamanda iman gətirənlər arasında fərq varmı?

Ümumiyyətlə axiruzzaman anlayışı nisbi anlayışdır. Yəni zamanın sonunu, dünyanın nə zaman sona çatacağını məxluqatdan kimsə bilmir. Bu ilahi bir sirdir. Bu anlayış Allah Təala tərəfindən peyğəmbərlərə, onlardan da insanlara müəyyən əlamətlərlə çatdırılıb.

Hədis və rəvayətlərdə axiruzzaman insanları bəzən həddən artıq pis, bəzən də heyranlıqla vəsf olunub. Bu zamanda imanı, əxlaqı qorumaq çox çətindir. Bu zaman fitnələrin bol olduğu, əxlaqsızlıqların aşkarda edildiyi bir vaxtdır.

Peyğəmbər (s) buyurur:

"Həmən dövrüdə hörmətə laiq olanlar alçaq və rəzillər möhtərəm olar. Böyüklər hiyləgər, kiçiklər utanmaz, qadınlar çılpaq və həyasız olar”

"Axiruzzamanda imanı qorumaq əldə yanar köz saxlamaq kimi olar”

Bəli axiruzzaman bu kimi əlamətlərlə hədislərdə cox geniş şəkildə vəsf edilib. Təbii ki bütün bu qədər fitnə fəsadın, əxlaqsızlığın, dinsizliyin, müxtəlif məqsədyönlu yaradılmış dinlərin, sektaların, dini təşkilatların arasında özünü qoruyub saxlayan, ilahi peyğəmbərlərin yolundan azmayanlar Peyğəmbərimizin (s) nəzərindən kənarda qalmayıb.

Allah Rəsulu (s) görün bu dövrun mömunlərini necə də gözəl vəsf edib:

Ya Əli imanda, savabda insanların ən üstünü axiruzzaman insanlarıdır. Onlar peyğəmbərə əlləri yetışmədiyi halda ağ (kağız) üzərində qara yazilarla iman gətirərlər.
(Mən la yəhzəruhul-fəqihu, Şeyx Səduq, cild-4, səh-366)

"Allah Rəsulu (s) buyurdu: Allahım mənim qardaşlarımı mənə qovuşdur. Səhabələr dedilər biz sənin qardaşın deyilikmı?

Peyğəmbər (s) buyurdu: Xeyr siz mənim əshabımsız. Qardaşlarım axiruzzamanda yaşayan, məni görmədəm mənə iman gətirənlərdir” (Biharul-Ənvar, Əllamə Məclisi, cild-52, səh-124)

Həqiqətən xoş olsun günahların aşkarda olduğu vaxtda, fitnələrin tüğyan elədiyi bir vaxtda imanını, qoruyanlara!

Mütəal Allah Quranda buyurub: "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır” (Bəyyinə-7)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031