İmamın (ə), nəfsini gündəlik hesaba çəkməyən müsəlman haqda kəlamı
İnsan hesaba çəkilmədən öncə özü öz hesab-kitabına baxmalıdır. O bu yolla mənfilərini aradan qaldırmalı, müsbətlərini isə artırmalıdır. Hər bir inanclı bunu hər gün etməlidir.
Alimlər gündəlik nəfsi hesaba çəkməyi mənəviyyatın qorunub saxlanılması üçün ən vacib addımlardan biri hesab edirlər. Əxlaq alimləri tövsiyə edir ki, insan hər gün axşam yatandan öncə 15 dəqiqə də olsa həmin gündə etdikləri, qazandıqları və itirdikləri haqda düşünsün. O bu yolla günahlar və xətalarını görməli və onları aradan qaldırmalıdır. Əgər həmin gündə yaxşı işlər görübsə, onları artırmalıdır.
İmam Kazim (ə) buyurub:
" Ey Hişam! Gündəlik nəfsini hesaba çəkməyən bizdən deyil. O, bu hesaba çəkməklə bir gündə yaxşı iş görübsə onu artırmalı, əgər pis iş görübsə Allahdan istiğfar etməlidir. Allah da onu icabət edər”
İmamın buyuruğunun əksinə olaraq, əksər inanclı müsəlmanlar yalnız ramazan və məhərrəm aylarında, yaxşı halda isə cümə və cümə axşamı günlərində mənəviyyatına nəzər salırlar. Hal bu ki nəfsi hesaba çəkmək hər gün həyata keçirilməlidir. Elə gündəlik qılınan namazlar da nəfsi hesaba çəkmək üçündür. Amma təəssüflər ki namazlar daha çox formal ritual xarakteri daşıyır. (İslaminSesi) Oxşar xəbərlər
|