Haram tikədən imtina edənlərin özəl mükafatı
Mьəllif: admin1
Tarix: 25-05-2022, 11:38
Haram tikədən imtina edənlərin özəl mükafatı
Haram tikədən imtina edənlərə veriləcək 6 mükafat.

Hədislərə əsasən insanın günahları əsasən bu iki istiqamətdə, şəhvət və mala uymaqla baş verir. Şəhvətə uyub günah etməklə insan Allahın buyurduğu haqları tapdalayır.

Dünya malına uyub, günah etməklə insan həm Allahın həm də insanların haqqını tapdalamış olur. Bəs Allah dünya malına uymayıb, haram tikədən imtina edənlərə nə vəd verir?

İslaminSesi.info - Hədisi-qüdsidə gəlmişdir: "Hər hansı bir bəndə haram tikəni tamam-kamal iştahası olduğu halda ağzından qaytarsa, Mən ona üç mükafat dünyada, axirətdə də 3 mükafatla mükafatlandıraram:

Dünyada verilən mükafatlatlar:

1. Ömrünü bərəkətli;

2. Ruzisini bol;

3. Qəbrini nurani edərəm.

Axirətdə verilən mükafatlar:

1. Simasını və çöhrəsini ağ edərəm;

2. Tələbkarları ondan uzaqlaşdıraram;

3. Öz mübarək (rəhmət) üzümü ona göstərərəm (ona mərhəmətimi və şəfqətimi lazımi şəkildə göstərərəm)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031